Logo
    main-post-cover

    POCO F7 Ultra smartfonu barəsində təfərrüatlar ortaya çıxıb

    Cihazlar+
    02.12.2024
    Emil
         Xiaomi-nin POCO brendi hal-hazırda POCO F7 smartfon seriyası üzərində çalışır. Bu seriyaya daxil olacaq modellərdən biri də POCO F7 Ultra olacaq. Gözləntilərə əsasən POCO F7 Ultra modeli bir neçə müddət bundan öncə təqdim edilmiş Redmi K80 Pro smartfonunun qlobal bazar üçün nəzərdə tutulmuş versiyası olacaq. İndi isə məlum olub ki, POCO F7 Ultra smartfonu ABŞ Federal Rabitə Komissiyasının (FCC) məlumatlar bazasında ortaya çıxıb. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar məlum olub.
         Beləliklə FCC-nin məlumatlar bazasına əsasən POCO F7 Ultra smartfonu qutudan Android 15-i əldə edəcək, özündə NFC çipini və Wi-Fi 7 dəstəyini birləşdirəcək. Üstəlik məlum olub ki, smartfon bazara 3 versiyada satışa çıxacaq. 1-ci versiya 12 GB RAM-a və 256 GB daxili yaddaş həcminə, 2-ci versiya 12 GB RAM-a və 512 GB daxili yaddaş həcminə, 3-cü versiya isə 16 GB RAM-a və 512 GB daxili yaddaş həcminə sahib olacaq. Qeyd etmək lazımdır ki, POCO F7 Ultra-nın 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.67 düym ölçülü OLED ekranla təchiz olunacağı və Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacağı gözlənilir.
    Paylaş