REDMI K80 və K80 Pro təqdim edilib - QİYMƏTİ
Cihazlar+
27.11.2024
Emil Nəcəfov
Xiaomi-nin REDMI brendi Çində keçirtmiş olduğu təqdimat tədbiri çərçivəsində REDMI K80 smartfon seriyasını təqdim etdi. Bu seriyaya iki model daxil olub. REDMI K80 və K80 Pro. Smartfonlar xarici görünüşcə və bəzi texniki imkanlar baxımından eynidirlər. Beləliklə Redmi K80 smartfonları yastı gövdə dizaynını əldə ediblər. Onların arxa panellərində isə dairəvi kamera sahəsi yerləşir. Hər iki smartfon 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 3200x1440 piksel keyfiyyətli 6.67 düym ölçülü OLED ekranla təchiz olunub. Smartfonlarda ekranın maksimal parlaqlıq səviyyəsi 3200 nit təşkil edir.
Barmaq izi skanı texnologiyası da bu smartfonlarda birbaşa ekrana inteqrasiya edilib. REDMI K80-nin gövdəsi IP68 standartı üzrə, REDMI K80 Pro-nun gövdəsi isə IP68/69 standartları üzrə sudan qorunma özəlliyinə sahibdir. Adi REDMI K80 modeli Snapdragon 8 Gen 3 prosessoru, REDMI KI80 Pro modeli isə Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışır. Hər iki smartfon 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib.
Kameralar mövzusunda REDMI K80 modeli özündə 50 MP + 8 MP ikili arxa kameranı, REDMI K80 Pro modeli isə özündə 50 MP + 32 MP + 50 MP üçlü arxa kameranı birləşdirir. Smartfonlarda ön kamera 20 MP-likdir. Batareya mövzusunda REDMI K80 90 vatt gücündə sürətli şarj texnologiyalı 6550 mAh enerji tutumlu batareya ilə, REDMI 80 Pro isə 120 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Üstəlik REDMI K80 Pro modeli 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyinə də sahibdir. REDMI K80 smartfonları artıq Çində satışa çıxıblar. Adi REDMI K80-nin qiyməti 344$-dan, REDMI K80 Pro-nun qiyməti isə 510$-dan start götürür.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Xiaomi flaqman smartfonları üçün 3 nanometrlik prosessorunu gələn il təqdim edəcək
Xiaomi flaqman smartfonları üçün 3 nanometrlik prosessorunu gələn il təqdim edəcək
Bir neçə ay bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi şirkəti smartfonlar üçün nəzərdə tutulmuş yeni prosessoru üzərində çalışır və o, 3 nanometrlik texnoloji proses əsasında istehsal olunacaq.
Təqdimatdan bir gün qabaq REDMI K80 Pro-nun kameraları barəsində rəsmi məlumat verilib
Təqdimatdan bir gün qabaq REDMI K80 Pro-nun kameraları barəsində rəsmi məlumat verilib
Xiaomi-nin REDMI brendi sabah REDMI K80 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya iki model daxil olacaq. REDMI K80 və K80 Pro. Təqdimatdan bir gün qabaq REDMI brendi REDMI K80 Pro-nun kameraları barəsində rəsmi məlumatları təqdim edib.
Təqdimata hazırlaşan REDMI K80 Pro smartfonu Geekbench testlərindən keçib
Təqdimata hazırlaşan REDMI K80 Pro smartfonu Geekbench testlərindən keçib
REDMI brendi 27 noyabr tarixində REDMI K80 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya minimum iki model daxil olacaq. REDMI K80 və K80 Pro.
REDMI Turbo 4 smartfonu sertifikatlaşdırmadan keçib
REDMI Turbo 4 smartfonu sertifikatlaşdırmadan keçib
Biz biraz əvvəl xəbər verdik ki, REDMI brendi öz loqosunu dəyişib və bundan sonra bu brendin adındakı bütün hərflər böyük yazılacaq. Bununla yanaşı məlum oldu ki, REDMI brendi Turbo adlı yeni smartfon seriyası üzərində çalışır və o, REDMI K seriyasını əvəz edəcək.
REDMI öz loqosunu dəyişib və yeni smartfon seriyası üzərində çalışdığını elan edib
REDMI öz loqosunu dəyişib və yeni smartfon seriyası üzərində çalışdığını elan edib
Xiaomi-nin REDMI brendi öz yeni loqosunu təqdim edib. Daha əvvəlki loqodan fərqli olaraq yeni loqo çərçivəsində brendin adındaki bütün hərflər böyük yazılıb.
Həftənin xəbərləri
Apple öz əməkdaşlarını izlədiyi iddiası ilə məhkəməyə verilib
2025-ci ildə WhatsApp dəstəyi dayandırılacaq telefonlar bəlli olub!