main-post-cover

    POCO M6 Plus 5G smartfonu təqdimata hazırlaşır

    Cihazlar+
    29.05.2024
    Emil Nəcəfov
        Xiaomi-nin POCO brendi keçən həftə qlobal bazarda POCO F6 smartfon seriyasını təqdim etdi. İndi isə sözügedən brend qlobal bazarda daha bir yeni smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, POCO M6 Plus 5G-dən gedir. Məlumata əsasən POCO-nun bu yeni smartfonu breeze kod adına sahibdir və o, bir neçə həftə bundan öncə Çində təqdim edilmiş Redmi Note 13R smartfonunun qlobal bazar üçün nəzərdə tutulmuş versiyası rolunda çıxış edəcək.
         Burdan da belə qənaətə gəlmək olar ki, POCO M6 Plus 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.79 düym IPS ekranla təchiz olunacaq. Smartfon Snapdragon 4 Gen 2 prosessoru vasitəsilə çalışacaq və özündə 50 MP + 2 MP ikili arxa kamera ilə 8 MP-lik ön kameranı birləşdirəcək. Batareya mövzusuna gəldikdə isə smartfon 5030 mAh enerji tutumlu batareyanı əldə etməlidir. Çox güman ki, POCO M6 Plus 5G bazara 6/12 GB RAM512 GB-a kimi daxili yaddaş həcmi versiyalarında satışa çıxacaq. Smartfonun yaxın zamanda təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Redmi Note 14 Pro barəsində ilk məlumatlar verilib
    redmi-note-14-pro-baresinde-ilk-melumatlar-verilib
    Büdcəli Redmi A3x smartfonu təqdim edilib - QİYMƏTİ
    budceli-redmi-a3x-smartfonu-teqdim-edilib-qiymeti
    Redmi 13 4G smartfonunun render fotosu və texniki imkanları təqdim edilib
    redmi-13-4g-smartfonunun-render-fotosu-ve-texniki-imkanlari-teqdim-edilib
    POCO-nun ilk planşeti POCO Pad təqdim edilib - QİYMƏTİ
    poco-nun-ilk-planseti-poco-pad-teqdim-edilib-qiymeti
    POCO F6 və F6 Pro təqdim olunub - QİYMƏTİ
    poco-f6-ve-f6-pro-teqdim-olunub-qiymeti