Logo
    main-post-cover

    POCO M7 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    03.03.2025
    Emil
         Xiaomi-nin POCO brendi yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, POCO M7 5G-dən gedir. Bu, keçən ilin dekabr ayında təqdim edilmiş POCO M7 Pro 5G modelinin sadələşdirilmiş versiyasıdır. POCO M7 5G modeli öz növbəsində xarici görünüşcə POCO M7 Pro 5G-dən fərqlənir. Yeni smartfon yastı gövdə dizaynını və arxa paneldən dairəvi kamera sahəsini əldə edib. Beləliklə POCO M7 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1600x720 piksel keyfiyyətli 6.88 düym ölçülü ekranla təchiz olunub.
         Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Bununla yanaşı smartfonun gövdəsi IP52 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir və özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir.
         POCO M7 5G smartfonu Snapdragon 4 Gen 2 prosessoru vasitəsilə çalışır və 6/8 GB RAM ilə 128 GB (1 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP-lik əsas arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 18 vatt gücündə sürətli şarj texnologiyalı 5160 mAh enerji tutumlu batareya ilə təchiz olunub. POCO M7 5G smartfonu 7 mart tarixində satışa çıxacaq və onun qiyməti 131$-dan start götürəcək.
    Paylaş