Logo
    main-post-cover

    POCO-nun ilk planşeti POCO Pad təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    23.05.2024
    Emil
         POCO brendi POCO F6 smartfon seriyası ilə yanaşı üstəlik öz ilk planşetini də təqdim edib. Söhbət, POCO Pad-dən gedir. POCO-nun ilk planşeti böyük ölçülü ekranı, güclü audio sistemi, Qualcomm prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə POCO Pad 120 Hz-lik təsvir yenilənməsinə sahib 2.5K keyfiyyətli 12.1 düym LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir. Planşetin ekranı POCO Smart Pen adlı stilusun dəstəyinə də sahibdir. Üstəlik POCO Pad-in gövdəsi IP52 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir.
         Planşet 4 ədəd səsgücləndirici və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogiriş ilə təchiz olunub. Planşet Snapdragon 7s Gen 2 prosessoru vasitəsilə çalışır və özündə 8 GB RAM ilə 256 GB daxili yaddaş həcmini birləşdirir. Kameralar mövzusunda POCO Pad 8 MP-lik arxa kameranı və 8 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə o, 33 vatt gücündə sürətli şarj texnologiyalı 10 000 mAh enerji tutumlu batareyaya sahibdir. Planşet qutudan Android 14 əsaslı HyperOS vasitəsilə çalışır. POCO Pad artıq satışa çıxıb və onun qiyməti 300$ təşkil edir.
    Paylaş