main-post-cover

    POCO-nun ilk planşetinin təqdimatı anons edilib

    Cihazlar+
    20.05.2024
    Emil Nəcəfov
         Xiaomi-nin POCO brendi keçən həftə POCO F6 Pro smartfonunun təqdimatını anons etmişdi. Sözügedən smartfon 23 may tarixində təqdim olunacaq. Çox güman ki, həmin gündə həmçinin adi POCO F6 modeli də təqdim olunsun. İndi isə rəsmi şəkildə məlum olub ki, POCO brendi 23 may tarixində üstəlik öz ilk planşetini də təqdim edəcək. Söhbət, POCO Pad adlı planşetdən gedir. POCO Pad planşeti barəsində məlumat çox azdır.
         Bəzi insayderlərin sözlərinə əsasən bu, bir neçə müddət bundan öncə Çində təqdim edilmiş Redmi Pad Pro planşetinin qlobal versiyası ola bilər. Gözləntilərə əsasən POCO Pad planşeti 120 Hz-lik təsvir yenilənməsinə sahib 12.1 düym IPS ekranla təchiz olunacaq və Snapdragon 7s Gen 2 prosessoru vasitəsilə çalışacaq. Kameralar mövzusunda planşetin 8 MP-lik arxa kamera və 8 MP-lik ön kamera ilə təchiz olunacağı gözlənilir. Planşet böyük ehtimal ilə 33 vatt gücündə sürətli şarj texnologiyalı 10 000 mAh enerji tutumlu batareyanı əldə edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Büdcəli Redmi G24 IPS gaming monitoru təqdim edilib - QİYMƏTİ
    budceli-redmi-g24-ips-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Təqdimata sayılı günlər qalmış POCO F6 Pro-nun qutu açılışı videosu ortaya çıxıb
    teqdimata-sayili-gunler-qalmis-poco-f6-pro-nun-qutu-acilisi-videosu-ortaya-cixib
    Redmi Buds 6 Active Edition naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
    redmi-buds-6-active-edition-naqilsiz-qulaqligi-teqdim-edilib-qiymeti
    Redmi Note 13R smartfonu təqdim edilib - QIYM'TI
    redmi-note-13r-smartfonu-teqdim-edilib-qiymti
    Redmi K70 Ultra flaqman smartfonu sertifikatlaşdırmadan keçib
    redmi-k70-ultra-flaqman-smartfonu-sertifikatlasdirmadan-kecib