
POCO X7 Pro-nun render fotoları təqdim edilib
Cihazlar+
13.12.2024
Emil
Biz biraz əvvəl xəbər verdik ki, Xiaomi-nin POCO brendinin yaxın zamanda təqdim edəcəyi POCO X7 smartfonunun render fotoları və texniki göstəriciləri ortaya çıxıb. İndi isə 91mobiles saytı POCO X7 Pro-nun render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolardan da görmək olar ki, smartfon yastı gövdə dizaynını əldə edəcək. Onun arxa panelində isə şaquli vəziyyətdə yerləşəcək oval formalı kamera sahəsi mövcud olacaq. Fotolara əsasən kamera sahəsinin daxilində iki ədəd kamera olacaq. Məlumatda qeyd edilib ki, POCO X7 Pro smartfonu üç versiyada satışa çıxacaq. Birinci versiya 8 GB RAM-a və 256 GB daxili yaddaş həcminə, ikinci versiya 12 GB RAM-a və 256 GB daxili yaddaş həcminə, üçüncü versiya isə 12 GB RAM-a və 512 GB daxili yaddaş həcminə sahib olacaq.


Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
