main-post-cover

    Polislər, Samsung-un yeni qatlana bilən telefonu Galaxy Z Flip6-dan bədən kamerası kimi istifadə etməyə başlayıblar!

    Cihazlar+
    31.07.2024
    Farid Pardashunas

         Samsung, yeni qatlana bilən telefonu Galaxy Z Flip6-nı təqdim etmək üçün maraqlı bir addım atıb. Şirkətin yeni cihazı, ABŞ-da polislər tərəfindən bədən kamerası kimi istifadə edilməyə başlanılıb.

         Samsung tərəfindən paylaşılan press-relizdə ABŞ-ın Missouri əyalətindəki 2 polis idarəsinin Z Flip6-dan bədən kamerası kimi istifadə etdiyi bildirilir. Məlum olduğu kimi, ABŞ-ın bir çox ştatlarında polis və mülki şəxslərin təhlükəsizliyini təmin etmək və hadisələrdə baş verənləri görmək üçün kameralardan istifadə olunur. İndi isə bu kameraların Z Flip6 ilə əvəz olunduğunu görürük. Açıqlamalara görə, şəffaflıq məsələsini ön plana çıxarmaq üçün istifadəyə verilən bu pilot proqram, ilk dəfə belə bir məqsədlə qatlana bilən telefondan istifadə edildiyi kimi qeydə alınıb. Görüntülərdən də göründüyü kimi, polis, qatlanmış Z Flip6-nı sinəsinə yerləşdirib. Cihazın kompakt dizaynı onu rahatlıqla sinəyə yerləşdirməyə imkan verib.
         Polisin istifadə etdiyi Z Flip6 ilə istehlakçılara təklif olunan Z Flip6 arasında fərqlərin olduğunu söyləmək lazımdır. Şirkət, telefonu hüquq-mühafizə orqanlarına uyğunlaşdırmaq üçün bədən kamerası həlləri ilə tanınan Visual Labs şirkəti ilə birlikdə çalışıb. Məsələn, bu kontekstdə səs düyməsi fövqəladə hallarda video çəkilişinə başlamaq üçün fərdiləşdirilib. Bundan əlavə, telefon, təqib zamanı və ya sayrışan işıqlar işə salındıqda avtomatik olaraq qeydə aparmağa başlayır. Qeydə alınmış videolar, Visual Labs proqram təminatı ilə sürətli bir şəkildə buludlara yüklənir. Bununla yanaşı, telefonun cinayət yerlərinin fotoşəkillərinin çəkilməsi, polis əməkdaşlarının ifadə alarkən audio və video çəkilişi, GPS vasitəsilə məmurun yerini izləmək kimi funksiyalar üçün də faydalı olacağı bildirilib. Əlavə olaraq onu da qeyd ki, Samsung Galaxy Z Flip6, 50 MP əsas 12 MP ultra geniş olmaqla ikili arxa kamera qurğusu ilə təchiz olunub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S24 FE-nin mümkün təqdimat müddəti açıqlanıb
    samsung-galaxy-s24-fe-nin-mumkun-teqdimat-muddeti-aciqlanib
    Büdcəli Samsung Galaxy A06-nın render fotoları təqdim edilib
    budceli-samsung-galaxy-a06-nin-render-fotolari-teqdim-edilib
    Orta büdcəli smartfonlar üçün olan Exynos 1580 prosessoru Geekbench testlərindən keçib
    orta-budceli-smartfonlar-ucun-olan-exynos-1580-prosessoru-geekbench-testlerinden-kecib
    Samsung Galaxy S25 Ultra artıq Çində qeydiyyatdan keçib
    samsung-galaxy-s25-ultra-artiq-cinde-qeydiyyatdan-kecib
    Samsung One UI 7-nin ilkin görüntüləri ortaya çıxıb!
    samsung-one-ui-7-nin-ilkin-goruntuleri-ortaya-cixib