Logo
    main-post-cover

    PS5 artıq əvvəlki kimi satılmır

    Cihazlar+
    08.05.2026
    Sevinj
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Sony şirkətinin PlayStation 5 konsollarının satışları ciddi şəkildə azalıb. Şirkətin son maliyyə hesabatına əsasən, PS5 satışları son maliyyə rübündə illik müqayisədə 46 % geriləyərək cəmi 1,5 milyon ədədə düşüb.
        Satışların azalması fonunda Sony son bir ildə PS5 konsollarının qiymətini iki dəfə artırıb. Beləliklə, standart PS5 modelinin qiyməti 499 dollardan 649 dollara qədər yüksəlib. Şirkət qiymət artımını qlobal iqtisadi problemlər, yaddaş çiplərinin bahalaşması və Yaxın Şərqdəki geosiyasi gərginliklərlə əlaqələndirib.
    The PS5 Pro value dilemma - is a release from FOMO all you're getting here?  | Eurogamer.net
        Sony bildirir ki, hazırda əsas problem konsollarda istifadə olunan yaddaş komponentlərinin çatışmazlığıdır. Şirkət 2026 maliyyə ilində PS5 satış planlarını bazarda münasib qiymətə nə qədər yaddaş əldə edə bilməsindən asılı olaraq müəyyən edəcək. Buna baxmayaraq, Sony PS5 konsollarından əldə etdiyi mənfəəti ötən illə eyni səviyyədə saxlamağı planlaşdırır.
        Şirkət daha əvvəl açıqlamışdı ki, ilin sonundakı alış-veriş mövsümünü qarşılamaq üçün minimum tələb olunan yaddaş ehtiyatını təmin edə bilib və əlavə tədarükçülərlə danışıqları davam etdirir. Ümumilikdə isə Sony 2025 maliyyə ili ərzində 16 milyon PS5 satıb. Bu göstərici əvvəlki ildəki 18,5 milyon satışdan aşağıdır.
        Oyun avadanlıqları bazarında problemlər yalnız Sony ilə məhdudlaşmır. Microsoft da Xbox avadanlıq gəlirlərinin illik müqayisədə 33 % azaldığını açıqlayıb. Nintendo isə Switch 2 konsolunun qiymətini sentyabr ayında 50 dollar artıracağını və gələcək dövrdə satışların zəifləyəcəyini proqnozlaşdırır.
    Paylaş