main-post-cover

    Qatlana bilən Google Pixel 9 Pro Fold təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    14.08.2024
    Emil Nəcəfov
         Google şirkəti Made by Google tədbiri çərçivəsində Pixel 9, Pixel 9 Pro, Pixel 9 Pro XL smartfonları ilə yanaşı yeni qatlana bilən smartfonunu da təqdim edib. Şirkətin yeni qatlana bilən smartfonu Pixel 9 Pro Fold adlanır. Şirkətin bu yeni qatlana bilən smartfonu müəyyən mənada Pixel 9 smartfonlarının dizaynlarını özündə təkrarlayır. Pixel 9 Pro Fold yastı gövdə kənar hissələrinə sahibdir və onun arxa panelində kvadrat formalı qalın kamera sahəsi yerləşir. Smartfon 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2076x2152 piksel keyfiyyətli 8.0 düym ölçülü daxili Super Actua Flex OLED ekranla və 60 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2424x1080 piksel keyfiyyətli 6.3 düym ölçülü xarici OLED Actua ekranla təchiz olunub.
         Hər iki ekranın maksimal parlaqlıq səviyyəsi 2700 nit təşkil edir. Xarici ekran üstəlik Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Pixel 9 Pro Fold-un qatlanmış vəziyyətdə qalınlığı 10.16 mm, tam açıq vəziyyətdə qalınlığı isə 5.08 mm təşkil edir. Onun çəkisi isə 258 qramm-dır. Üstəlik smartfonun gövdəsi IPX8 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Şirkətin vermiş olduğu məlumata əsasən Pixel 9 Pro Fold-da yeni şarnir konstruksiyasından istifadə edilir. Onun sayəsində smartfonun bir hissəsini 45 dərəcəyə kimi qatlanmış vəziyyətdə fiksləmək olur.
         Bunun sayəsində komfortlu şəkildə video izləmək mümkündür. Bununla yanaşı daxili ekran Split Screen funksiyasını dəstəkləyir. Bu funksiya daxili ekranı iki hissəyə ayırır və istifadəçi hər bir hissədə müxtəlif tətbiqləri işə sala bilər. Digər Pixel 9 modelləri kimi Pixel 9 Pro Fold da Tensor G4 prosessoru vasitəsilə çalışır. Smartfon özündə 16 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini birləşdirir. Kameralar mövzusunda smartfon 48 MP (f/1.7 diafraqma, 82 dərəcə bucaq əhatəsi, optik stabilizasiya, elektron stabilizasiya) + 10.5 MP (f/2.2 diafraqma, 127 dərəcə bucaq əhatəsi) + 10.8 MP (f/3.1 diafraqma, 5 qat optik zoom) üçlü arxa kameraya, daxili ekran üzərində 10 MP-lik (f/2.2 diafraqma, 87 dərəcə bucaq əhatəsi) ön kameraya və xarici ekran üzərində 10 MP-lik (f/2.2 diafraqma, 87 bucaq əhatəsi) ön kameraya sahibdir.
         Batareyaya gəldikdə, Pixel 9 Pro Fold 45 vatt gücündə sürətli şarj texnologiyalı 4650 mAh enerji tutumlu batareya ilə təchiz olunub və sürətli naqilsiz şarj texnologiyasının dəstəyinə sahibdir. Smartfon Android 14 vasitəsilə çalışır. Digər Pixel 9 smartfonları kimi Pixel 9 Pro Fold da 7 il ərzində Android dəstəyini və təhlükəsizlik dəstəyini əldə edəcək. Smartfonun satışlarına sentyabr ayında start veriləcək. Pixel 9 Pro Fold-un 256 GB yaddaşa sahib versiyası 1799$-a, 512 GB yaddaşa sahib versiyası isə 1919$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google Pixel 9, Pixel 9 Pro və Pixel 9 Pro XL smartfonları təqdim edilib - QİYMƏTİ
    google-pixel-9-pixel-9-pro-ve-pixel-pixel-9-pro-xl-smartfonlari-te
    Google, ABŞ-ın qaldırdığı iddiaya görə, Android və Google-u satmalı ola bilər!
    google-abs-in-qaldirdigi-iddiaya-gore-android-ve-google-u-satmali-ola-biler
    Google Pixel Watch 3-ün yeni render fotoları təqdim edilib
    google-pixel-watch-3-un-yeni-render-fotolari-teqdim-edilib
    Google Gemini YouTube-da yeni videoların tərtibatında yardımçı olacaq
    google-gemini-youtube-da-yeni-videolarin-tertibatinda-yardimci-olacaq
    Google, stolüstü tennis oynaya bilən robot hazırlayıb! (VİDEO)
    google-stolustu-tennis-oynaya-bilen-robot-hazirlayib-video