main-post-cover

    Google Pixel 9, Pixel 9 Pro və Pixel 9 Pro XL smartfonları təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    14.08.2024
    Emil Nəcəfov
         Google şirkəti keçirtmiş olduğu Made by Google tədbiri çərçivəsində yeni cihazlarını təqdim edib. Tədbir çərçivəsində əsas diqqət isə Pixel 9 smartfon seriyasına ayrılıb. Yeni seriyaya 4 model daxil olub. Pixel 9, Pixel 9 Pro, Pixel 9 Pro XL və qatlana bilən Pixel 9 Pro Fold. Bu xəbərdə ilk 3 model barəsində danışacağıq. Qatlana bilən Pixel 9 Pro Fold barəsində isə növbəti xəbərdə məlumat əldə edə bilərsiniz. İlk növbədə Pixel 9 modelinə nəzər yetirək. İlk olaraq qeyd etmək lazımdır ki, hər 3 smartfon dizayn baxımından bir-birinə bənzəyir. Smartfonlar yastı gövdə və ekran dizaynını əldə ediblər.
     
         Adi Pixel 9 modeli 60 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2424x1080 piksel keyfiyyətli 6.3 düym ölçülü OLED Actua ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2700 nit təşkil edir və o, Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunub. Üstəlik barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə və stereo səsgücləndiricilərə sahibdir. Smartfon Tensor G4 prosessoru vasitəsilə çalışır və 12 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib.
         Kameralar mövzusunda Google Pixel 9 smartfonu 50 MP (f/1.68 diafraqma, 82 dərəcə bucaq əhatəsi, 8 qat rəqəmsal zoom, optik stabilizasiya) + 48 MP (f/1.7 diafraqma, 123 dərəcə bucaq əhatəsi) ikili arxa kameraya və 10.5 MP-lik (f/2.2 diafraqma, 95 dərəcə bucaq əhatəsi) ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 45 vatt gücündə sürətli şarj texnologiyalı 4700 mAh enerji tutumlu batareya ilə təchiz olunub və üstəlik 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyir. Google şirkəti təqdimat zamanı Pixel 9 seriyası süni zəka funksiyalarını təqdim edib. İlk növbədə qeyd etmək lazımdır ki, Pixel 9-un alıcıları 1 illik Gemini Advanced abunəliyini pulsuz şəkildə əldə edəcəklər. Bu, süni zəka əsasında çalışan rəqəmsal köməkçidir. Smartfonun əldə etmiş olduğu digər süni zəka funksiyaları aşağıdakılardır.
    Pixel Screenshots: Windows 11-dəki Recall adlı funksiyanın analoqu olan bu yeni funksiya istifadəçi tərəfindən edilmiş screenshot fotoları skan edəcək və onlar barəsində məlumatları özündə saxlayacaq. Nəticədə istifadəçi istənilən zaman skan edilmiş screenshot fotonun tərkibi barəsində sualları sistemə verə biləcək
    Add Me: Bu funksiya çatışmayan şəxsləri kadra əlavə etmək üçün nəzərdə tutulub. Bunu reallaşdırmaq üçün isə eyni yerdə çəkilmiş iki müxtəlif fotodan istifadə etmək lazım gələcək
    Yenilənmiş Magic Editor: Yenilənmiş Magic Editor mətn vasitəsilə bu və ya digər fotonun necə dəyişdirilməsi lazım olduğunu qeyd etməyə imkan verəcək. Məsələn istifadəçi bu funksiya sayəsində fotodakı yağışlı havanı günəşli hava ilə əvəz edə bilər
    Magic Eraser: Bu funksiya kadrdakı lazımsız obyektlərin silinməsi imkanını təklif edir
    Magic Editor: Kadrdakı səmanın və ya suyun tərzini dəyişmək üçün nəzərdə tutulub
    Best Take: Bu funksiya fotonu ideal şəkildə çəkməkdə yardımçı olacaq
    Photo Unblur: Fotolardakı bulanıq effektini azaldaraq onların daha aydın görünməsinə istiqamətlənib.
         Pixel 9-un ön sifarişlərinə artıq start verilib. Smartfon yaxın zamanda satışa çıxacaq. Onun 128 GB yaddaşa sahib versiyası 799$-a, 256 GB yaddaşa sahib versiyası isə 899$-a satılacaq. İndi isə keçək Pixel 9 Pro və Pixel 9 Pro XL modellərinə. Bu modellər əksər texniki göstəricilər baxımından oxşardırlar. Onlar öz aralarında sadəcə ekran ölçüsü və batareya həcmi ilə fərqlənirlər. Beləliklə adi Pixel 9 Pro modeli 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2856х1280 piksel keyfiyyətli 6.3 düym ölçülü OLED Actua ekranla, Pixel 9 Pro XL modeli isə 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2992х1344 piksel keyfiyyətli 6.8 düym ölçülü OLED Actua ekranla təchiz olunub. Hər iki smartfonda ekranın maksimal parlaqlıq səviyyəsi 3000 nit təşkil edir və Gorilla Glass Victus 2 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası da bu smartfonlarda birbaşa ekrana inteqrasiya edilib Smartfonların gövdələri IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdirlər və özlərində stereo səsgücləndiriciləri birləşdirirlər.
         Hər iki smartfon Tensor G4 prosessoru vasitəsilə çalışır və 16 GB RAM ilə 128/256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfonlar 50 MP (f/1.68 diafraqma, 82 dərəcə bucaq əhatəsi, optik stabilizasiya) + 48 MP (f/1.7 diafraqma, 123 dərəcə bucaq əhatəsi) + 48 MP (f/2.8 diafraqma, 5 qat optik zoom, 30 qat rəqəmsal zoom, optik stabilizasiya) üçlü arxa kameraya və 42 MP-lik (f/2.2 diafraqma, 103 dərəcə bucaq əhatəsi) ön kameraya sahibdir. Adi Pixel 9 Pro modeli 4700 mAh enerji tutumlu batareya, Pixel 9 Pro XL modeli isə 5060 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Hər iki smartfon 45 vatt gücündə sürətli naqilli şarj texnologiyasını dəstəkləyir. Pixel 9 Pro modeli özündə 21 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyini, Pixel 9 Pro XL modeli isə özündə 23 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyini birləşdirir. Bütün bu smartfonlar Android 14 vasitəsilə çalışırlar. Google bildiriblər ki, yeni smartfonlar 7 illik Android dəstəyini və təhlükəsizlik dəstəyini əldə edəcəklər. Onu da qeyd etmək lazımdır ki, Pixel 9 xəbərində qeyd edilmiş süni zəka funksiyaları Pixel 9 Pro və Pixel 9 Pro XL-də də aktiv olacaqlar. Pixel 9 Pro və Pixel 9 Pro XL smartfonlarının ön sifarişlərinə artıq start verilib. Smartfonlar yaxın zamanda satışa çıxacaq. Onların satış qiymətləri aşağıdakı kimi olacaq.
    - 128 GB yaddaşa sahib Pixel 9 Pro - 999$
    - 256 GB yaddaşa sahib Pixel 9 Pro - 1088$
    - 512 GB yaddaşa sahib Pixel 9 Pro - 1219$
    - 1 TB yaddaşa sahib Pixel 9 Pro - 1449$
    - 128 GB yaddaşa sahib Pixel 9 Pro XL - 1099$
    - 256 GB yaddaşa sahib Pixel 9 Pro XL - 1199$
    - 512 GB yaddaşa sahib Pixel 9 Pro XL - 1319$
    - 1 TB yaddaşa sahib Pixel 9 Pro XL - 1549$.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google, ABŞ-ın qaldırdığı iddiaya görə, Android və Google-u satmalı ola bilər!
    google-abs-in-qaldirdigi-iddiaya-gore-android-ve-google-u-satmali-ola-biler
    Google Pixel Watch 3-ün yeni render fotoları təqdim edilib
    google-pixel-watch-3-un-yeni-render-fotolari-teqdim-edilib
    Google Gemini YouTube-da yeni videoların tərtibatında yardımçı olacaq
    google-gemini-youtube-da-yeni-videolarin-tertibatinda-yardimci-olacaq
    Google, stolüstü tennis oynaya bilən robot hazırlayıb! (VİDEO)
    google-stolustu-tennis-oynaya-bilen-robot-hazirlayib-video
    Təqdimata sayılı günlər qalmış Google Pixel 9 Pro XL-in texniki imkanları təqdim edilib
    teqdimata-sayili-gunler-qalmis-google-pixel-9-pro-xl-in-texniki-imkanlari-teqdim-edilib