
Qatlana bilən Honor Magic V2 qlobal bazarda təqdimata hazırlaşır
12 iyul tarixində Honor şirkəti Çində yeni qatlana bilən smartfonunu təqdim etdi. Söhbət, Honor Magic V2-dən gedir. Onun qlobal bazarda satışa çıxıb-çıxmayacağı məlum deyil idi. İndi isə məlumat verilib ki, şirkət Honor Magic V2-ni Avropa bazarında təqdim etməyə hazırlaşır. Lakin yeni qatlana bilən smartfonun dəqiq olaraq nə zaman təqdim ediləcəyi bilinmir. Məlum olan odur ki, yeni smartfonu qlobal bazarda Honor Magic Vs kimi çox gözləmək lazım olmayacaq. Qeyd etmək lazımdır ki, Honor Magic Vs keçən ilin sonunda Çində təqdim edilmişdi. Qlobal bazarda isə smartfon bu ilin fevral ayında satışa çıxdı.
Paylaş
Bənzər xəbərlər