Logo
    main-post-cover

    Qatlana bilən Honor Magic V4-ün nə zaman təqdim olunacağı açıqlanıb

    Cihazlar+
    21.02.2025
    Emil
         Dünən OPPO, dünyanın ən incə qatlana bilən smartfonu olan OPPO Find N5 modelini təqdim etdi. Bu cihazın qatlanmış vəziyyətdə gövdə qalınlığı cəmi 8.93 mm təşkil edir və əvvəlki rekordçu Honor Magic V3 modelinin gövdə qalınlığını (9.2 mm) geridə qoyub. İndi isə yeni məlumatlara görə, Honor artıq Magic V4 üzərində çalışır və bu modeli bu ilin ikinci rübündə təqdim edə bilər. Digital Chat Station ləqəbli məşhur insayderin təqdim etmiş olduğu məlumata əsasən, Honor Magic V4 Çində 2025-ci ilin iyun ayında satışa çıxarılacaq.
         Honor Magic V4 də ultra-incə dizayna malik olacaq, lakin onun Find N5-dən daha nazik olub-olmayacağı hələ məlum deyil. İnsayderin sözlərinə görə, Honor yalnız Magic V4 üzərində çalışmaqdan əlavə, 2025-ci ilin ortalarına qədər bir neçə yeni smartfonu da təqdim etməyi planlaşdırır. Bunlara Honor 400 seriyası, qatlana bilən qapaqlı Magic V2 Flip GT Pro modelləri daxildir. Bu cihazların texniki xüsusiyyətləri hələ açıqlanmasa da, Magic V4-ün böyük ehtimalla Snapdragon 8 Elite prosessoru ilə təchiz ediləcəyi gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər
    honor-400-lite-smartfonunun-render-fotosu-ve-be
    Cihazlar+

    Honor 400 Lite smartfonunun ilk render fotosu və bəzi texniki imkanları təqdim edilib

    Honor şirkəti hal-hazırda Honor 400 smartfon seriyası üzərində çalışır. Bu seriyaya daxil olacaq modellərdən biri də Honor 400 Lite olacaq. İndi isə sözügedən modelin render fotosu və bəzi məlumatlar təqdim edilib.
    honor-400-baresinde-ilk-melumat-verilib
    Cihazlar+

    Honor 400 barəsində ilk məlumat verilib

    Honor şirkəti keçən ilin dekabr ayında Honor 300 smartfon seriyasını təqdim etmişdi. İndi isə şirkət Honor 400 seriyası üzərində çalışır. Digital Chat Station ləqəbli məşhur insayder Honor 400 barəsində ilk məlumatı təqdim edib.
    honor-magicbook-x14-pro-2025-noutbuku-baresinde-melumatlar-verilib
    Cihazlar+

    Honor MagicBook X14 Pro 2025 noutbuku barəsində məlumatlar verilib

    Honor şirkəti MagicBook X14 Pro 2025 adlı yeni ultra nazik noutbuk modelinin təqdimatına hazırlaşır. Sızdırılmış məlumatlara görə, sözügedən yeni noutbuk 3.1K keyfiyyətli 14 düym ölçülü ekranla təchiz ediləcək.
    honor-x8c-azerbaycanda-satisa-cixir-qiymeti-ve-xususiyyetleri
    Cihazlar+

    HONOR X8c Azərbaycanda satışa çıxır - QİYMƏTİ və XÜSUSİYYƏTLƏRİ

    HONOR brendi giriş seqmentinə aid olan yeni HONOR X8c modelini Azərbaycanda satışa çıxarıb. Ötən ilin populyar HONOR X8b modelinin davamçısı olan bu smartfon, əsasən dizayn, kamera və batareya baxımından bir sıra yeniliklərlə gəlir. Yeni cihazın qiyməti, texniki xüsusiyyətləri və istifadədəki fərqləri barədə ətraflı araşdırmanı təqdim edirik.
    honor-magic-7-rsr-porsche-design-in-qlobal-versiyasi-teqdim-edilib-qiymeti
    Cihazlar+

    Honor Magic 7 RSR Porsche Design-ın qlobal versiyası təqdim edilib - QİYMƏTİ

    Honor şirkəti Honor Magic 7 Pro-nun qlobal versiyasının ardınca Honor Magic 7 RSR Porsche Design premium smartfonunun da qlobal versiyasını təqdim edib. Qeyd etmək lazımdır ki, bu smartfon keçən ay Çində təqdim edilmişdi.