Qatlana bilən Huawei Mate X2 təqdim edilib - QİYMƏTİ

Qatlana bilən Huawei Mate X2 təqdim edilib - QİYMƏTİ

Mobil Cihazlar
23.02.2021 PAYLAŞIM

    Çoxlu sayda olmuş məlumat sızıntılarından sonra Huawei şirkəti yeni qatlana bilən smartfonu Mate X2-ni təqdim edib. Əvvəlki modeldən fərqli olaraq Mate X2 tamamilə yeni dizayn əldə edib. Bununla yanaşı smartfon güclü prosessor və təkmilləşdirilmiş kameralar ilə də təchiz olunub. Qeyd etmək lazımdır ki, əvvəlki Mate X modeli bir ədəd ekran ilə təchiz olunurdu. Lakin Mate X2 modeli 90 Hz-lik təsvir yenilənməsinə sahib 2700x1160 piksel keyfiyyətli 8 düym daxili OLED ekran və 90 Hz-lik təsvir yenilənməsinə sahib 2480x2200 piksel keyfiyyətli 6.45 düym xarici OLED ekran əldə edib. Maraqlısı ondadır ki, smartfonun daxili ekranı üzərində kamera yerləşdirilməyib. Bu isə ekran üzərində hər hansısa çıxıntı hissənin olması problemini aradan qaldırıb


    Əsas texniki özəlliklərə gəldikdə isə smartfon Kirin 9000 prosessoru, 24 nüvəli Mali-G78 qrafik çipi, 8 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 50 MP (f/1.9 diafraqma, OIS) + 16 MP (ultragenişbucaqlı sensor) + 12 MP (f/2.4 diafraqma, 3 qat optik zoom, OIS) + 8 MP (f/5.4 diafraqma, 10 qat optik zoom, OIS) dördlü arxa kamera, 16 MP-lik ön kamera və 55 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Mate X2 EMUI 11.0 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır.Smartfon 25 fevral tarixində Çində satışa çıxacaq. 256 GB daxili yaddaşa sahib model 2784$-a, 512 GB daxili yaddaşa sahib model isə 2939$-a satılacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Samsung Galaxy Unpacked - Avqustun əsas hadisəsi

Yayın ən gözlənilən hadisəsi olan Samsung Galaxy Unpacked, Avqust ayında keçiriləcəkdir.


Xiaomi Mi 12 barəsində yeni məlumatlar verilib

Ice Universe ləqəbli məşhur insayder hələ təqdim olunmamış Xiaomi Mi 12 smartfonu barəsində yeni hes..


Google qapalı təqdimat çərçivəsində Pixel 6 və Pixel 6 Pro smartfonlarını anons ..

Google şirkəti jurnalistlər üçün Pixel 6 və Pixel 6 Pro smartfonlarının qapalı təqdimatlarını keçird..


Huawei P50 və P50 Pro təqdim olunub - QİYMƏTİ

Təqdimat tədbirinin dəfələrlə təxirə salınmasına baxmayaraq Huawei şirkəti sonunda özünün yeni flaqm..


Yeni POCO X3 GT smartfonu təqdim olunub - QİYMƏTİ

POCO brendi özünün yeni POCO X3 GT adlı smartfonunu təqdim edib.


Məşhur insayder Redmi K50 və K50 Pro smartfonları barəsində bəzi məlumatları ver..

Redmi K50 smartfon seriyasının təqdimatına hələ aylarla zaman olmasına baxmayaraq internetdə onun ba..

×