
Qatlana bilən Huawei Mate X6-nın təmir qiymətləri açıqlanıb
Cihazlar+
28.11.2024
Emil
Huawei şirkəti 26 noyabr tarixində qatlana bilən Mate X6 smartfonunu təqdim etdi. Təqdimatdan müəyyən müddət sonra isə şirkət bu yeni qatlana bilən smartfonun təmirinin hansı qiymətə başa gələcəyini açıqladı. Şirkət Mate X6-nın təmiri məsələsini müxtəlif kateqoriyalara ayırıb. Yəni şirkət smartfonda müxtəlif komponentlərin əvəzlənməsinin hansı qiymətə başa gələcəyini açıqlayıb. Qeyd etmək lazımdır ki, qeyd edilmiş qiymətlər Çin bazarı üçün aktualdır. Beləliklə qiymətlər aşağıdakı kimidir.
- Xarici ekran - 138$
- Daxili ekran - 510$
- Batareya - 41$
- Arxa qapaq - 80$
- Ön kamera (həm daxili həm də xarici ekran üzərində) - hər biri 52$
- Əsas arxa kamera - 105$
- Ultra geniş bucaqlı kamera - 51$
- Telekamera - 112$
- Spektral kamera - 41$
- Barmaq izi skanı - 13$
- Şarj girişi - 33$.
Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
