main-post-cover

    Qatlana bilən OnePlus Open təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    20.10.2023
    Emil Nəcəfov
         OnePlus şirkəti öz ilk qatlana bilən smartfonu OnePlus Open-i təqdim edib. OnePlus Open faktiki olaraq OPPO Find N3-ün kopyasıdır. Belə ki, OnePlus-ın ilk qatlana bilən smartfonu OPPO Find N3-ün qlobal bazar üçün nəzərdə tutulmuş versiyasıdır. Beləliklə OnePlus Open smartfonu 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2440x2268 piksel keyfiyyətli 7.82 düym daxili AMOLED ekran və 10 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2484x1116 piksel keyfiyyətli 6.31 düym xarici AMOLED ekran ilə təchiz olunub. Hər iki ekranın maksimal parlaqlıq səviyyəsi 2800 nit təşkil edir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
         OnePlus Open özündə stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə o, Snapdragon 8 Gen 2 prosessoru, 16 GB RAM, 512 GB daxili yaddaş həcmi, 48 MP (f/1.7 diafraqma, optik stabilizasiya) + 48 MP (f/2.2 diafraqma, 114 dərəcə bucaq əhatəsi) + 64 MP (f/2.6 diafraqma, 3 qat optik zoom, optik stabilizasiya) üçlü arxa kamera, daxili ekran üzərində 20 MP-lik ön kamera, xarici ekran üzərində 32 MP-lik ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 4805 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OnePlus Open 26 oktyabr tarixində satışa çıxacaq. Onun Avropa bazarındakı qiyməti 1800 avro təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    OPPO Find N3 Flip-in qlobal versiyası təqdim edilib - QİYMƏTİ
    oppo-find-n3-flip-in-qlobal-versiyasi-teqdim-edilib-qiymeti
    Qatlana bilən OPPO Find N3 təqdim olunub - QİYMƏTİ
    qatlana-bilen-oppo-find-n3-teqdim-olunub-qiymeti
    OnePlus Open rekord dəstək müddətinə sahib ola bilər
    oneplus-open-rekord-destek-muddetine-sahib-ola-biler
    Təqdimatdan bir gün qabaq OPPO Find N3-ün reklam materialları təqdim edilib
    teqdimatdan-bir-gun-qabaq-oppo-find-n3-un-reklam-materiallari-teqdim-edilib
    Təqdimatdan bir gün öncə OnePlus Open-in bəzi texniki göstəriciləri məlum olub
    teqdimatdan-bir-gun-once-oneplus-open-in-bezi-texniki-gostericileri-melum-olub