Qatlana bilən OPPO Find N3 təqdim olunub - QİYMƏTİ
Cihazlar+
19.10.2023
Emil Nəcəfov
OPPO şirkəti Çində öz yeni qatlana bilən smartfonu OPPO Find N3-ü təqdim edib. OPPO bu yeni qatlana bilən smartfonda kompakt ölçülü qatlana bilən smartfonlar konsepsiyasından kənara çəkilib. Çünki OPPO Find N3 böyük ölçülü həm daxili həm də xarici ekranı əldə edib. Belə ki, OPPO Find N3 smartfonu 1 Hz-dən 120 Hz-ə kimi adaptiv təsvir yenilənməsinə sahib 2440x2268 piksel keyfiyyətli 7.82 düym daxili AMOLED ekran və 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2484x1116 piksel keyfiyyətli 6.31 düym xarici AMOLED ekran ilə təchiz olunub. Həm daxili ekranın həm də xarici ekranın maksimal parlaqlıq səviyyəsi 2800 nit təşkil edir.
Məlumatda qeyd edilib ki, smartfonda istifadə edilən yeni şarnir konstruksiyası hesabına OPPO Find N3 1 milyon qatlanma dövrünə tab gətirə bilir. Üstəlik smartfondakı şarnir konstruksiyasının kiçik ölçüdə olması hesabına OPPO Find N3-ün qalınlığını və çəkisini azaltmaq mümkün olub. Belə ki, OPPO Find N3 tam açıq vəziyyətdə 5.8 mm qalınlığa, qatlanmış vəziyyətdə isə 11.7 mm qalınlığa sahibdir. Onun çəkisi 239 qramm təşkil edir. Üstəlik smartfonun gövdəsi IPX4 standartı üzrə sudan qorunur. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
OPPO Find N3 özündə həmçinin Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipini birləşdirir. Əsas texniki göstəricilər gəldikdə isə smartfon Snapdragon 8 Gen 2 prosessoru, 12/16 GB RAM, 512 GB/1 TB daxili yaddaş həcmi, 48 MP (f/1.7 diafraqmaya, avtofokusa və optik stabilizasiyaya sahib Sony Lytia T808) + 48 MP (f/2.2 diafraqmaya, avtofokusa və 114 dərəcə bucaq əhatəsinə sahib Sony IMX581) + 64 MP (f/2.6 diafraqmaya, 3 qat optik zoom-a, 120 qat rəqəmsal zoom-a və optik stabilizasiyaya sahib OmniVision OV64B) üçlü arxa kamera, daxili ekran üzərində 20 MP-lik ön kamera, xarici ekran üzərində 32 MP-lik ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 4805 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
OPPO Find N3 Android 13 vasitəsilə çalışır. OPPO bildirib ki, sözügedən yeni qatlana bilən smartfon 4 il dəstək müddətinə sahib olacaq. Smartfon 3 il ərzində Android dəstəyini və 4 il ərzində təhlükəsizlik dəstəyini əldə edəcək. OPPO Find N3 yaxın günlərdə Çində satışa çıxacaq. 12 GB RAM-a və 512 GB yaddaşa sahib model 1366$-a, 16 GB RAM-a və 1 TB yaddaşa sahib model isə 1746$-a satılacaq. Qeyd etmək lazımdır ki, OPPO Find N3 qlobal bazarda OnePlus Open adı altında satışa çıxacaq.
Linki kopyala
oppo find n3 price
oppo find n3 qiymeti
oppo foldable phone
oppo foldable phone 2023
oppo find n3
oppo find n3 specs
oppo
Bənzər xəbərlər
Oxşar xəbərlər
Təqdimatdan bir gün qabaq OPPO Find N3-ün reklam materialları təqdim edilib
Təqdimatdan bir gün qabaq OPPO Find N3-ün reklam materialları təqdim edilib
Təqdimata bir gün qalmış məşhur insayder Evan Blass qatlana bilən OPPO Find N3 smartfonunun reklam materiallarını təqdim edib.
Bu ilin üçüncü rübündə alıcılar arasında ən məşhur olmuş smartfon brendlərinin adları açıqlanıb
Bu ilin üçüncü rübündə alıcılar arasında ən məşhur olmuş smartfon brendlərinin adları açıqlanıb
Counterpoint Research analitik şirkəti bu ilin üçüncü rübündəki satış həcmləri üzrə ən məşhur smartfon brendlərinin reytinqini təqdim edib.
Təqdimata az müddət qalmış OPPO Find N3-ün yeni fotoları təqdim edilib
Təqdimata az müddət qalmış OPPO Find N3-ün yeni fotoları təqdim edilib
Evan Blass adlı məşhur insayder qatlana bilən OPPO Find N3 smartfonunun yeni fotolarını təqdim edib.
OPPO Find N3 yüksək səviyyədə təhlükəsizliyə shaib olacaq (VİDEO)
OPPO Find N3 yüksək səviyyədə təhlükəsizliyə shaib olacaq (VİDEO)
OPPO şirkəti artıq 19 oktyabr tarixində öz yeni qatlana bilən smartfonunu təqdim edəcək. Söhbət, OPPO Find N3-dən gedir.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!