Logo
    Qatlana bilən Pixel smartfonunun keyfiyyətli render fotoları təqdim edilib

    Qatlana bilən Pixel smartfonunun keyfiyyətli render fotoları təqdim edilib

    Cihazlar+
    09.12.2022
        OnLeaks ləqəbli məşhur insayder Google şirkətinin ilk qatlana bilən Pixel smartfonunun keyfiyyətli render fotolarını və bəzi texniki məlumatlarını təqdim edib. Beləliklə təqdim edilmiş fotolardan da görmək olar ki, qatlana bilən Pixel modeli xarici görünüşcə Pixel 7 Pro ilə qatlana bilən OPPO Find N-in kombinasiyasını xatırladacaq. Smartfon 5.7 mm qalınlığında olan gövdəyə sahib olacaq. Bununla yanaşı qatlana bilən Pixel smartfonu üçlü arxa kamera ilə təchiz olunacaq və arxa kamera dizaynı Pixel 7 Pro-nun arxa kamera dizaynına bənzəyəcək.
      Ekranlara gəldikdə isə smartfon özündə 7.69 düym ölçülü daxili və 5.79 düym ölçülü xarici ekranı birləşdirəcək. Qatlana bilən Pixel modelinin ekranlarının stilus dəstəyinə sahib olacaqları da istisna edilmir. Smartfon Google şirkətinin Tensor G2 prosessoru vasitəsilə çalışmalıdır. Çox güman ki, smartfon Android 13 əməliyyat sistemini əldə edəcək. Qatlana bilən Pixel smartfonunun gələn ilin yaz fəslində satışa çıxacağı gözlənilir. Güman olunur ki, smartfonun start qiyməti 1799$-dan başlayacaq.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Qatlana bilən Pixel smartfonunun keyfiyyətli render fotoları təqdim edilib