Logo
    main-post-cover

    Qatlana bilən qapaqlı Motorola Razr 50 Ultra-nın texniki imkanları açıqlanıb

    Cihazlar+
    14.05.2024
    Emil
         Motorola şirkəti hal-hazırda Razr adlı qatlana bilən smartfon seriyasının yeni modellərini təqdim etməyə hazırlaşır. Onlardan biri də Motorola Razr 50 Ultra olacaq. Sözügedən modelin real fotosu keçən həftə ortaya çıxmışdı. İndi isə OnLeaks ləqəbli məşhur insayder Motorola Razr 50 Ultra-nın texniki imkanları barəsində bəzi təfərrüatları təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən Motorola Razr 50 Ultra smartfonu 6.9 düym daxili pOLED ekranla və 3.6 düym xarici ekranla təchiz olunacaq.
         İnsayder bildirib ki, smartfon Snapdragon 8s Gen 3 subflaqman prosessoru vasitəsilə çalışacaq və özündə 12 GB RAM ilə 256 GB daxili yaddaş həcmini birləşdirəcək. Kameralar mövzusunda smartfon 50 MP + 50 MP ikili arxa kameranı və 32 MP-lik ön kameranı əldə etməlidir. Batareyaya gəldikdə isə məlumatda qeyd edilib ki, Motorola Razr 50 Ultra 4000 mAh enerji tutumlu batareyaya sahib olacaq. Bununla yanaşı smartfon gövdəsinin IPX8 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacağı gözlənilir. Motorola Razr 50 Ultra-nın yay fəslinin əvvəlində təqdim olunacağı güman edilir.
    Paylaş