
Qatlana bilən qapaqlı Motorola Razr 50s smartfonu hazırlanır
Cihazlar+
06.09.2024
Emil
Motorola şirkəti iyun ayının sonunda qatlana bilən qapaqlı Motorola Razr 50 və Razr 50 Ultra smartfonlarını təqdim etmişdi. Ortaya çıxmış yeni məlumata əsasən şirkət bu smartfon seriyasının daha bir modeli üzərində çalışır. Söhbət, Motorola Razr 50s-dən gedir. Belə ki, hazırlanan bu smartfonun HDR10+ sertifikatını əldə etdiyi məlum olub. Təəssüflər olsun ki, Motorola Razr 50s-in texniki imkanları barəsində heç bir məlumat yoxdur. Sadəcə olaraq güman etmək olar ki, hazırlanan bu smartfon digər Motorola Razr 50 modellərindən daha ucuz qiymətə satılacaq. Çox güman ki, yeni smartfon MediaTek prosessoru vasitəsilə çalışacaq. Onun bu ilin sonuna kimi təqdim olunacağı güman edilir.

Paylaş
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
