
Qatlana bilən qapaqlı Samsung Galaxy Z Flip 6-nın satış qiymətləri açıqlanıb
Cihazlar+
12.06.2024
Emil
Biraz əvvəl biz xəbər verdik ki, OnLeaks ləqəbli məşhur insayder gələn ay təqdim olunacağı gözlənilən qatlana bilən Samsung Galaxy Z Fold 6 smartfonunun hansı gövdə rənglərinə və satış qiymətlərinə sahib olacağı və hansı yaddaş konfiqurasiyalarında satışa çıxacağını açıqlayıb. İndi isə o, Galaxy Z Fold 6 ilə birgə təqdim ediləcək Galaxy Z Flip 6 barəsində bənzər məlumatları təqdim edib.
Məlumatlarda Galaxy Z Flip 6-nın hansı gövdə rənglərinə və satış qiymətlərinə sahib olacağı və hansı yaddaş konfiqurasiyalarında satışa çıxacağı əks olunub. Beləliklə insayderin sözlərinə əsasən Samsung-un yeni qatlana bilən qapaqlı smartfonu bazara 4 gövdə rəngində satışa çıxacaq. Nanə, gümüşü, sarı və mavi. Bununla yanaşı insayder bildirib ki, smartfonun çəkisi 187 qramm təşkil edir. Aşağıda isə Galaxy Z Flip 6-nın hansı yaddaş konfiqurasiyalarına və hansı satış qiymətlərinə sahib olacağını görmək olar.
- 256 GB yaddaşa sahib Galaxy Z Flip 6 - 1100$
- 512 GB yaddaşa sahib Galaxy Z Flip 6 - 1220$.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
