
Samsung Galaxy Z Fold 6-nın satış qiymətləri açıqlanıb
Cihazlar+
12.06.2024
Emil
OnLeaks ləqəbli məşhur insayder gələn ay təqdim olunacağı gözlənilən qatlana bilən Samsung Galaxy Z Fold 6 smartfonu haqqında yeni məlumatları təqdim edib. İnsayder tərəfindən təqdim edilmiş məlumatlarda smartfonun hansı gövdə rənglərinə və satış qiymətlərinə sahib olacağı və hansı yaddaş konfiqurasiyalarında satışa çıxacağı əks olunublar. Beləliklə insayderin sözlərinə əsasən Galaxy Z Fold 6 smartfonu bazara 4 gövdə rəngində satışa çıxacaq. Navy, Silver, Shadow və Pink. Məlumatda həmçinin qeyd edilib ki, bu yeni qatlana bilən smartfonun çəkisi 239 qramm təşkil edəcək. Aşağıda isə Galaxy Z Fold 6-nın hansı yaddaş konfiqurasiyalarında satışa çıxacağına və hansı satış qiymətlərinə sahib olacağına nəzər yetirmək olar.
- 256 GB yaddaşa sahib Galaxy Z Fold 6 - 1899$
- 512 GB yaddaşa sahib Galaxy Z Fold 6 - 2019$
- 1 TB yaddaşa sahib Galaxy Z Fold 6 - 2259$.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
