
Qatlana bilən qapaqlı ZTE nubia Flip 5G smartfonunun təqdimatı anons edilib
Cihazlar+
22.02.2024
Emil
ZTE şirkəti öz yeni qatlana bilən qapaqlı smartfonunun təqdimatını anons edib. Söhbət, nubia Flip 5G-dən gedir. Bu smatfon bir neçə gün bundan öncə Yaponiyada təqdim edilmiş ZTE Libero Flip-in kopyası olacaq. Yəni faktiki olaraq nubia Flip 5G smartfonu ZTE Libero Flip-in qlobal bazar üçün nəzərdə tutulmuş versiyası olacaq. Beləliklə təqdim rdilmiş posterə əsasən nubia Flip 5G smartfonu 26 fevral tarixində MWC 2024 sərgisi çərçivəsində təqdim ediləcək. Qeyd etmək lazımdır ki, onun texniki göstəriciləri ZTE Libero Flip-in texniki göstəriciləri ilə eyni olacaq.

Paylaş
Ən çox oxunanlar

Honor 8000 mAh-dan daha böyük həcmli batareyaya sahib smartfon üzərində çalışır
