
Qatlana bilən Samsung Galaxy Fold FE və Flip FE smartfonlarının bəzi texniki imkanları açıqlanıb
Cihazlar+
30.04.2024
Farid
Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən Samsung şirkəti özünün qatlana bilən Galaxy Z Fold və Z Flip smartfonlarının Galaxy FE seriyasına daxil olacaq modelləri üzərində çalışır. Məlumata əsasən bu smartfonlar Galaxy Fold FE və Flip FE adlanacaqlar. İndi isə insayderlər sözügedən qatlana bilən smartfonlar barəsində yeni məlumatlar veriblər. Beləliklə insayderlərin sözlərinə əsasən Galaxy Fold FE və Flip FE smartfonları Exynos 2400+ prosessoru vasitəsilə çalışacaqlar. Qeyd etmək lazımdır ki, Samsung-un Exynos portfoliosunda belə bir prosessor hələ mövcud deyil.
Lakin onun adından belə qənaətə gəlmək olar ki, o, adi Exynos 2400 prosessorunun sürətləndirilmiş versiyası olacaq. Galaxy Fold FE və Flip FE-nin digər özəlliklərinə gəldikdə isə məlumata əsasən onlar 12/16 GB RAM-a və 256/512 GB daxili yaddaş həcminə sahib olacaqlar. Qeyd etmək lazımdır ki, Galaxy Fold FE və Flip FE smartfonlarının hazırlandıqları rəsmi şəkildə təsdiqlənməyib. Ona görə də bu məlumatlara bir qədər şübhə ilə yanaşmaq lazımdır. Lakin onların mövcud olduqları halda smartfonları ya bu ilin sonuna ya da gələn ilin əvvəlinə gözləmək olar.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
