
Qatlana bilən Samsung Galaxy Z Flip 6-nın batareya həcmi barəsində məlumat ortaya çıxıb
Cihazlar+
31.01.2024
Emil
Samsung yay fəslində yeni qatlana bilən smartfonlarını təqdim etməlidir. Söhbət, Galaxy Z Fold 6 və Z Flip 6-dan gedir. Smartfonların təqdimatlarına hələ aylarla zamanın olmasına baxmayaraq onlar barəsində məlumatlar tədricən ortaya çıxırlar. İndi isə Galaxy Z Flip 6 modelinin batareya həcmi barəsində məlumat ortaya çıxıb. Ortaya çıxmış məlumata əsasən Galaxy Z Flip 6 smartfonu iki ədəd batareya ilə təchiz olunacaq. Onlardan biri 1097 mAh, digəri isə 2790 mAh olacaq. Nəticədə smartfon ümumilikdə 3887 mAh enerji tutumlu vahid batareyanı əldə edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan Galaxy Z Flip 5-də batareya həcmi 3700 mAh təşkil edir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
