
Qatlana bilən Samsung Galaxy Z Fold 6-nın sxematik fotoları ortaya çıxıb
Cihazlar+
12.02.2024
Emil
İnsayderlər Samsung-un növbəti qatlana bilən smartfonun təsvirlərini əks etdirən patent sənədlərini aşkar ediblər. Söhbət, çox güman ki, Galaxy Z Fold 6-dan gedir. Aşkar edilmiş patent təsvirlərinə əsasən Galaxy Z Fold 6 modeli hal-hazırda aktual olan Galaxy Z Fold 5-dən cüzi olaraq fərqlənəcək. Belə ki, Samsung-un yeni qatlana bilən smartfonu daha geniş olacaq. Bununla belə yeni smartfon Galaxy Z Fold 5-dən həm açıq həm də qatlanmış vəziyyətdə bir qədər böyük olacaq. Qeyd etmək lazımdır ki, Galaxy Z Fold 6-nın yay fəslində Galaxy Z Flip 6 ilə birgə təqdim olunacağı gözlənilir.


Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
