Logo
    main-post-cover

    Qatlana bilən Samsung Galaxy Z Fold 7 və Z Flip 7 smartfonları daha böyük ekranları əldə edə bilərlər

    Cihazlar+
    03.12.2024
         Samsung gələn il yeni qatlana bilən smartfonlarını təqdim edəcək. Söhbət, Galaxy Z Fold 7Z Flip 7 smartfonlarından gedir. İnsayderlərin vermiş olduqları məlumata əsasən gələn il təqdim olunacaq bu yeni qatlana bilən smartfonlar daha böyük ölçülü ekranları əldə edəcəklər. Belə ki, məlumatda qeyd edilib ki, Galaxy Z Fold 7 smartfonu 8 düym ölçülü daxili ekranla və 6.5 düym ölçülü xarici ekranla təchiz olunacaq. Galaxy Z Flip 7 smartfonuna gəldikdə isə o, 6.85 düym ölçülü daxili ekranla və 4 düym ölçülü xarici ekranla təchiz olunmalıdır.
         Müqayisə üçün qeyd etmək lazımdır ki, bu il təqdim olunmuş Galaxy Z Fold 6 smartfonu 7.6 düym ölçülü daxili ekrana və 6.3 düym ölçülü xarici ekrana sahibdir. Galaxy Z Flip 6 smartfonu isə özündə 6.7 düym ölçülü daxili ekranı və 3.4 düym ölçülü xarici ekranı birləşdirir. İnsayderlərin sözlərinə əsasən Samsung-un gələn ilki qatlana bilən smartfonlarda ekran ölçülərini böyütmək istəməsinin əsas səbəbi Galaxy Z Fold 6 və Z Flip 6 smartfonlarının daha aşağı satış göstəricilərinə sahib olması ilə bağlıdır. Görünür, şirkət yeni qatlana bilən smartfonlarını daha böyük ölçülü ekranlarla təmin etməklə daha çox alıcını özünə cəlb etməyə çalışacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...