
Qatlana bilən vivo X Fold 3 Pro qlobal bazarda satışa çıxacaq
Cihazlar+
29.03.2024
Emil
Vivo şirkəti 27 mart tarixində Çində qatlana bilən vivo X Fold 3 smartfon seriyasını təqdim etdi. Bu seriyaya iki model daxil oldu. Vivo X Fold 3 və X Fold 3 Pro. İndi isə məlum olub ki, vivo X Fold 3 Pro modeli həmçinin qlobal bazarda da satışa çıxacaq. Belə ki, sözügedən smartfon İndoneziyanın SDPPI adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında V2330 model nömrəsi ilə ortaya çıxıb. Bu isə vivo X Fold 3 Pro-nun yaxın zamanda qlobal bazarda satışa çıxacağına işarə edir. Ola bilsin ki, smartfonun qlobal versiyası aprel və ya may ayında təqdim olunsun. Çox güman ki, smartfonun qlobal versiyası texniki göstəricilər baxımından Çində satılan versiyadan heç də fərqlənməyəcək.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
