
Qatlana bilən vivo X Fold 3 Pro qlobal bazarda yaxın həftələrdə təqdim oluna bilər
Cihazlar+
21.05.2024
Emil
Vivo şirkəti mart ayında qatlana bilən vivo X Fold 3 smartfon seriyasını Çində təqdim etmişdi. Bu seriyaya adi vivo X Fold 3 ilə yanaşı həmçinin vivo X Fold 3 Pro da daxil oldu. İndi isə şirkət vivo X Fold 3 Pro-nun qlobal bazarda təqdimatına hazırlaşır. Bir neçə müddət bundan öncə sözügedən smartfonun qlobal bazar üçün nəzərdə tutulmuş versiyası hətta Geekbench testlərindən də keçmişdi. Vivo şirkəti öz saytının qlobal versiyasında vivo X Fold 3 Pro-nun posterini yerləşdirib. Posterdə qlobal versiyanın nə zaman təqdim olunacağı qeyd edilməyib.
Lakin səhifəni aşağı endirən zaman 6 iyun tarixinin qeyd edildiyini görmək olar. Burdan da belə qənaətə gəlmək olar ki, vivo X Fold 3 Pro-nun qlobal bazar üçün nəzərdə tutulmuş versiyası məhz bu tarixdə təqdim ediləcək. Smartfonun qlobal bazar üçün olacaq versiyası texniki göstəricilər baxımından Çində satılan versiyadan fərqlənməməlidir. Qeyd etmək lazımdır ki, vivo X Fold 3 Pro smartfonu 8.03 düym ölçülü daxili ekranla, 6.53 düym ölçülü xarici ekranla təchiz olunub və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışır. Smartfon özündə 50 MP + 50 MP + 64 MP üçlü arxa kameranı və 5700 mAh enerji tutumlu batareyanı birləşdirir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
