
Qatlana bilən Xiaomi Mix Fold 2-nin ekranlarının dəyişilməsi yeni iPhone qiymətinə başa gəlir
Cihazlar+
17.08.2022
Emil
Xiaomi təmsilçiləri bildiriblər ki, şirkətin yeni qatlana bilən smartfonu olan Mix Fold 2-nin ilk partiyası cəmi 5 dəqiqə ərzində satılıb. Bununla da şirkət yeni rekorda imza atıb. Bununla yanaşı şirkət sözügedən smartfonun detallarının qiymətləri barəsində rəsmi məlumatı da təqdim edib. Məlum olub ki, Mix Fold 2-nin daxili ekranının zədələnməsi halında onun yeni ekran ilə əvəzlənməsi bəzi iPhone modellərinin qiymətlərindən daha baha başa gələcək. Qeyd etmək lazımdır ki, Mix Fold 2 OLED Samsung Eco texnologiyası əsasında hazırlanmış 2016x1914 piksel keyfiyyətli 8.02 düym daxili ekran ilə təchiz olunur.
Bundan əlavə olaraq smartfon 2520x1080 piksel keyfiyyətli 6.56 düym xarici OLED ekrana sahibdir. Beləliklə verilmiş rəsmi məlumata əsasən Mix Fold 2-nin daxili ekranının qiyməti 721$, xarici ekranının qiyməti isə 133$ təşkil edir. Ümumilikdə hər iki ekranın ümumi qiyməti 854$ təşkil edir. Bu qiymətə hələ təmir prosesinin ödənişi daxil deyil. Beləliklə Mix Fold 2-nin hər iki ekranının dəyişilməsi bir və ya bəzi hallarda iki ədəd yeni flaqman smartfonun qiymətinə başa gəlir.
Smartfonun qatlana bilən ekranının bu cür yüksək qiymət göstəricisinə sahib olmasının əsas səbəblərindən biri də şirkətin Pol-less adlı texnologiyadan istifadə etməsidir. Sözügedən texnologiya ekranın enerji sərfiyyatını aşağı salır və ümumilikdə cihazın bir dəfə şarj olunandan sonra daha çox çalışmasına şərait yaradır. Hal hazırda Mix Fold 2-nin daxili ekranı mobil cihazlar bazarında ən bahalı ekran hesab edilir. Xiaomi həmçinin Mix Fold 2-nin digər detallarının qiymətlərini də təqdim edib. Onlar aşağıdakı kimidir:
- Arxa kamera (əsas) - 40$
- Arxa kamera (ultragenişbucaqlı obyektiv) - 12$
- Arxa kamera (teleobyektiv) - 22$
- Ön kamera - 16$
- Səsgücləndirici - 7$
- Ana plata - 412$
- Batareya (smartfon iki batareyadan ibarətdir) - hər biri 13$
- Plata - 21$
- Arxa qapaq - 59$.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
