main-post-cover

    Qlobal bazarda Huawei Watch D2 smart saatı təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    20.09.2024
    Emil Nəcəfov
         Huawei şirkəti qlobal bazarda yeni smart saatını təqdim edib. Söhbət, Huawei Watch D2-dən gedir. Beləliklə Huawei Watch D2 smart saatı 460x408 piksel keyfiyyətli 1.82 düym ölçülü AMOLED ekranla təchiz olunub və özündə GPS özəlliyini birləşdirir. Üstəlik smart saatın gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Onun gövdəsi isə alüminium materialdan hazırlanıb. Smart saat NFC dəstəyinə sahibdir. Huawei Watch D2-nin əsas fərqləndirici öəzlliklərindən biri də odur ki, o, ambulator monitorinq özəlliyinə sahib təzyiq ölçmə sistemini özündə birləşdirir. Bu sistem istifadəçinin təzyiqini 24 saat ərzində ölçə bilir. Bundan əlavə olaraq yeni smart saat qandakı oksigen miqdarını, ürək döyüntüləri tezliklərini, dəri temperaturunu ölçə və elektrokardioqrafiyanı reallaşdıra bilir. Huawei Watch D2 smart saatı 22 oktyabr tarixində satışa çıxacaq və onun qiyməti 399 avro təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Android dəstəyinə sahib olmayan HarmonyOS NEXT bu ilin sonuna kimi istifadəyə verilməlidir
    android-desteyine-sahib-olmayan-harmonyos-next-bu-ilin-sonuna-kimi-istifadeye-verilmelidir
    3 qat qatlana bilən Huawei Mate XT ULTIMATE DESIGN smartfonunun təmir qiymətləri açıqlanıb
    3-qat-qatlana-bilen-huawei-mate-xt-ultimate-design-smartfonunun-temir-qiymetleri-aciqlanib
    Huawei Mate XT ULTIMATE DESIGN adlı 3 qat qatlana bilən smartfon təqdim edilib - QİYMƏTİ
    huawei-mate-xt-ultimate-design-adli-3-qat-qatlana-bilen-smartfon-teqdim-edilib-qiymeti
    3 qat qatlana bilən Huawei Mate XT-nin qara gövdə rəngində fotosu ortaya çıxıb
    3-qat-qatlana-bilen-huawei-mate-xt-nin-qara-govde-renginde-fotosu-ortaya-cixib
    3 qat qatlana bilən Huawei Mate XT-nin ön sifarişlərinə artıq start verilib
    3-qat-qatlana-bilen-huawei-mate-xt-nin-on-sifarislerine-artiq-start-verilib