
Qlobal bazarda MSI MPG 321URXW QD-OLED gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
10.12.2024
Emil
MSI şirkəti qlobal bazarda yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru MSI MPG 321URXW QD-OLED adlanır. Beləliklə bu yeni monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 31.5 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 250 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 138%-ni, DCI-P3 rəng diapazonunun 99%-ni, Adobe RGB rəng diapazonunun isə 97%-ni əhatə edir. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4a, USB-A, USB-B və USB-C girişlərini birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 90 vatt çıxış gücünə sahibdir. MSI MPG 321URXW QD-OLED artıq satışa çıxıb və onun qiyməti 1099$ təşkil edir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
