
Qlobal bazarda OnePlus Nord 4 smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
16.07.2024
Emil
OnePlus şirkəti qlobal bazarda OnePlus Nord 4 smartfonunu təqdim edib. Bu yeni smartfon bir neçə müddət bundan öncə Çində təqdim edilmiş OnePlus Ace 3V-nin qlobal bazar üçün nəzərdə tutulmuş versiyasıdır. OnePlus Nord 4 metal materialdan hazırlanmış gövdəsi, böyük ölçülü ekranı və böyük həcmli batareyası ilə seçilir. Beləliklə OnePlus Nord 4 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.74 düym ölçülü OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2150 nit təşkil edir və barmaq izi skanı texnologiyası birbaşa ona inteqrasiya edilib.

Smartfon Snapdragon 7+ Gen 3 prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 8 MP ikili arxa kameraya və 16 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə OnePlus Nord 4 100 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Şirkət bildirib ki, OnePlus Nord 4 smartfonu 4 il Android dəstəyini və 6 il təhlükəsizlik dəstəyini əldə edəcək. Smartfon artıq satışa çıxıb. Onun 12 GB RAM-a və 256 GB yaddaşa sahib versiyası 499 avroya, 16 GB RAM-a və 512 GB yaddaşa sahib versiyası isə 549 avroya satılır.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Təqdimata hazırlaşan OnePlus Nord 4-ün yeni keyfiyyətli render fotoları təqdim edilib
OnLeaks ləqəbli məşhur insayder Android Headlines saytı ilə birgə 16 iyul tarixində təqdim ediləcək OnePlus Nord 4 smartfonunun yeni keyfiyyətli render fotolarını təqdim edib.

Cihazlar+
Təqdimata hazırlaşan OnePlus Watch 2R smart saatının keyfiyyətli render fotoları təqdim edilib
OnePlus şirkətinin 16 iyul tarixində təqdim edəcəyi yeni cihazlardan biri də OnePlus Watch 2R smart saatı olacaq.

Cihazlar+
Təqdimata hazırlaşan OnePlus Pad 2 planşetinin keyfiyyətli render fotoları təqdim edilib
OnePlus şirkəti 16 iyul tarixində OnePlus Nord 4 smartfonu ilə yanaşı həmçinin OnePlus Pad 2 planşetini də təqdim edəcək.

Cihazlar+
OnePlus Nord Buds 3 Pro naqilsiz qulaqlığının keyfiyyətli render fotoları təqdim edilib
OnLeaks ləqəbli məşhur insayder Android Headlines saytı ilə birlikdə təqdimata hazırlaşan OnePlus Nord Buds 3 Pro naqilsiz qulaqlığının keyfiyyətli fotolarını təqdim edib.

Cihazlar+
OnePlus və OPPO birgə orta büdcəli smartfonlar üçün 7000 mAh-lıq batareya üzərində çalışırlar
Bir neçə müddət bundan öncə OnePlus şirkəti OnePlus Ace 3 Pro smartfonunu təqdim etmişdi.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
