
Qlobal bazarda OnePlus Pad 2 planşeti təqdim edilib - QİYMƏTİ
Cihazlar+
17.07.2024
Emil
OnePlus şirkəti qlobal bazarda OnePlus Pad 2 adlı yeni planşetini təqdim edib. Bu, bir neçə müddət bundan öncə Çində təqdim edilmiş OnePlus Pad Pro planşetinin qlobal bazar üçün nəzərdə tutulmuş versiyasıdır. Beləliklə OnePlus Pad 2 planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 3000x2120 piksel keyfiyyətli 12.1 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 900 nit təşkil edir və o, stilus dəstəyinə sahibdir.

Planşet özündə 6 ədəd səsgücləndiricini birləşdirir. Onlar bu planşetdə həcmli səslənməni təmin edirlər. OnePlus Pad 2 planşeti Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda planşet 13 MP-lik arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə OnePlus Pad 2 67 vatt gücündə sürətli şarj texnologiyalı 9510 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Planşet qutudan Android 14 vasitəsilə çalışır. OnePlus Pad 2-nin qiyməti 549$-dan start götürür.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Qlobal bazarda OnePlus Nord 4 smartfonu təqdim edilib - QİYMƏTİ
OnePlus şirkəti qlobal bazarda OnePlus Nord 4 smartfonunu təqdim edib. Bu yeni smartfon bir neçə müddət bundan öncə Çində təqdim edilmiş OnePlus Ace 3V-nin qlobal bazar üçün nəzərdə tutulmuş versiyasıdır.

Cihazlar+
Təqdimata hazırlaşan OnePlus Nord 4-ün yeni keyfiyyətli render fotoları təqdim edilib
OnLeaks ləqəbli məşhur insayder Android Headlines saytı ilə birgə 16 iyul tarixində təqdim ediləcək OnePlus Nord 4 smartfonunun yeni keyfiyyətli render fotolarını təqdim edib.

Cihazlar+
Təqdimata hazırlaşan OnePlus Watch 2R smart saatının keyfiyyətli render fotoları təqdim edilib
OnePlus şirkətinin 16 iyul tarixində təqdim edəcəyi yeni cihazlardan biri də OnePlus Watch 2R smart saatı olacaq.

Cihazlar+
Təqdimata hazırlaşan OnePlus Pad 2 planşetinin keyfiyyətli render fotoları təqdim edilib
OnePlus şirkəti 16 iyul tarixində OnePlus Nord 4 smartfonu ilə yanaşı həmçinin OnePlus Pad 2 planşetini də təqdim edəcək.

Cihazlar+
OnePlus Nord Buds 3 Pro naqilsiz qulaqlığının keyfiyyətli render fotoları təqdim edilib
OnLeaks ləqəbli məşhur insayder Android Headlines saytı ilə birlikdə təqdimata hazırlaşan OnePlus Nord Buds 3 Pro naqilsiz qulaqlığının keyfiyyətli fotolarını təqdim edib.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
