
Qlobal bazarda OnePlus Pad 3 flaqman planşeti təqdim olunub - QİYMƏTİ
Cihazlar+
05.06.2025
Emil
OnePlus şirkəti qlobal bazarda kompakt ölçülü OnePlus 13s smartfonu ilə yanaşı OnePlus Pad 3 planşetini də təqdim edib. Şirkətin bu yeni planşeti böyük ölçülü ekranı və flaqman Snapdragon prosessoru ilə seçilir. Beləliklə OnePlus Pad 3 planşeti 144 Hz-lik təsvir yenilənməsinə sahib 3.4K keyfiyyətli 13.2 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 900 nit təşkil edir. Planşetin gövdə qalınlığı 5.97 mm, çəkisi isə 675 qramdır. Planşet Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda OnePlus Pad 3 özündə 13 MP-lik arxa kameranı və 8 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 80 vatt gücündə sürətli şarj texnologiyalı 12 140 mAh enerji tutumlu batareya ilə təchiz olunub. OnePlus Pad 3 yaxın günlərdə satışa çıxacaq və onun qiyməti 599 avrodan start götürəcək.

Paylaş
Ən çox oxunanlar

Honor 8000 mAh-dan daha böyük həcmli batareyaya sahib smartfon üzərində çalışır
