Logo
    main-post-cover

    Qlobal bazarda orta büdcəli OnePlus Nord CE5 smartfonu təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    08.07.2025
    Emil
         OnePlus şirkəti qlobal bazarda orta büdcəli Nord CE5 smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və orta həcmli batareyanı əldə edib. Beləliklə smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2392x1080 piksel keyfiyyətli 6.77 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1300 nit təşkil edir. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Smartfon MediaTek Dimensity 8350 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib.
         Kameralar mövzusunda OnePlus Nord CE5 özündə 50 MP + 8 MP ikili arxa kameranı və 16 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 80 vatt gücündə sürətli şarj texnologiyalı 5200 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Hindistan bazarında smartfonun 7100 mAh enerji tutumlu batareya ilə təchiz olunmuş versiyası satılacaq. Şirkət bildirib ki, OnePlus Nord CE5 4 il ərzində Android dəstəyini və 6 il ərzində təhlükəsizlik dəstəyini əldə edəcək. Smartfon artıq Avropada satışa çıxıb və onun qiyməti 229 avrodan start götürür.
    Paylaş