
Qlobal bazarda REDMI 14C 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
07.01.2025
Emil
Xiaomi-nin REDMI brendi qlobal bazarda yeni büdcəli smartfonunu təqdim edib. Söhbət, REDMI 14C 5G-dən gedir. REDMI-nin bu yeni büdcəli smartfonu böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 1600x720 piksel keyfiyyətli 6.88 düym ölçülü ekranla təchiz olunub. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Bununla yanaşı smartfon özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi birləşdirir.
REDMI 14C 5G smartfonu Snapdragon 4 Gen 2 prosessoru vasitəsilə çalışır və 4/6 GB RAM ilə 64/128 GB (1 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP-lik əsas arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon özündə 18 vatt gücündə sürətli şarj texnologiyalı 5160 mAh enerji tutumlu batareyanı birləşdirir. REDMI bildirib ki, bu yeni smartfon 2 illik Android dəstəyinə və 4 illik təhlükəsizlik dəstəyinə sahib olacaq. REDMI 14C 5G 10 yanvar tarixində ilk növbədə Hindistanda satışa çıxacaq. Onun qiyməti 116$-dan start götürəcək.

Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
