
Qlobal bazarda Xiaomi Gaming Monitor G24i monitoru təqdim edilib
Xiaomi şirkəti qlobal bazarda yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni monitoru Xiaomi Gaming Monitor G24i adlanır. Beləliklə bu yeni gaming monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 23.8 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 250 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran AMD FreeSync və HDR texnologiyalarını dəstəkləyir və sRGB rəng diapazonunun 99%-ni əhatə edir. Monitor özündə HDMI 2.0 və DisplayPort 1.4 girişlərini birləşdirir. Xiaomi Gaming Monitor G24i monitorunun nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb. Lakin güman olunur ki, monitor 120$-a satılacaq.

Paylaş