Logo
    main-post-cover

    Qlobal bazarda Xiaomi MiniLED G Pro 27i gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    10.09.2024
    Emil
         Xiaomi şirkəti qlobal bazarda öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Xiaomi MiniLED G Pro 27i adlanır. Beləliklə bu yeni monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun 99%-ni, Adobe RGB rəng diapazonunun isə 97%-ni əhatə edir. Monitor özündə AMD FreeSync texnologiyasının dəstəyini birləşdirir. Xiaomi MiniLED G Pro 27i monitoru DisplayPort 1.4 HDMI 2.0 girişlərini əldə edib. Monitor artıq satışa çıxıb və onun qiyməti 329$ təşkil edir.
    Paylaş