
Red Magic 10 Air smartfonunun hansı prosessoru əldə edəcəyi rəsmi olaraq açıqlanıb
Cihazlar+
10.04.2025
Emil
Bir neçə saat əvvəl biz xəbər verdik ki, Red Magic brendi təqdimata hazırladığı nazik gövdəli Red Magic 10 Air gaming smartfonunun xarici görünüşünü sərgiləyib. İndi isə sözügedən smartfonun hansı prosessor vasitəsilə çalışacağı rəsmi şəkildə məlum olub. Red Magic tərəfindən təqdim edilmiş posterə əsasən Red Magic 10 Air smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Məlumatda qeyd edilib ki, sözügedən prosessor sayəsində smartfon AnTuTu bençmarkında ümumilikdə 2.4 milyon xal toplayıb. Bununla yanaşı smartfonda LPDDR5X standartlı RAM yaddaşının və UFS 4.0 standartlı daxili yaddaş həcminin istifadə ediləcəyi gözlənilir. Qeyd etmək lazımdır ki, Red Magic 10 Air-in təqdimatı 16 aprel tarixində baş tutacaq.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Təqdimatdan öncə Red Magic 10 Air-in xarici görünüşü sərgilənib
Red Magic brendi 16 aprel tarixində Red Magic 10 Air adlı nazik gövdəli yeni gaming smartfonunu təqdim edəcək. İndi isə brend rəsmi təqdimatı gözləmədən sözügedən yeni gaming smartfonunun xarici görünüşünü sərgiləmək qərarına gəlib.

Cihazlar+
Red Magic nazik gövdəli yeni gaming smartfonunun təqdimatını anons edib
Red Magic brendi öz yeni gaming smartfonunun təqdimatını və smartfonun adını anons edib.

Cihazlar+
Red Magic Gaming Tablet Pro gaming planşetinin qlobal versiyası anons edilib
Nubia şirkətinin Red Magic brendi dünən yeni gaming planşetini təqdim etdi. Söhbət, Red Magic Gaming Tablet Pro-dan gedir.

Cihazlar+
Red Magic Tablet 3D Discovery Edition planşeti təqdim edilib - QİYMƏTİ
Nubia şirkətinin Red Magic brendi Red Magic Gaming Tablet adlı gaming planşetindən əlavə olaraq daha bir yeni planşetini də təqdim edib. Təqdim edilmiş ikinci planşet Red Magic Tablet 3D Discovery Edition adlanır.

Cihazlar+
Red Magic Gaming Tablet Pro planşeti təqdim edilib - QİYMƏTİ
Nubia şirkətinin Red Magic brendi daha öncə də söz vermiş olduğu kimi Çində yeni gaming planşetini təqdim edib. Şirkətin yeni gaming planşeti Red Magic Gaming Tablet Pro adlanır.
Ən çox oxunanlar

Yeni tendensiya: İnsanlar ChatGPT vasitəsilə şəkillərdəki məkanları təyin edirlər
