main-post-cover

    Red Magic brendi öz yeni gaming planşetini təqdim etməyə hazırlaşır

    Cihazlar+
    12.08.2024
    Emil Nəcəfov
         Nubia-nın Red Magic brendi keçən ay Red Magic Gaming Tablet adlı flaqman planşetini təqdim etmişdi. Adından da bəlli olduğu kimi sözügedən planşet daha çox oyunlar üçün nəzərdə tutulub. Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən isə Red Magic brendi öz yeni gaming planşetini təqdim etməyə hazırlaşır. Təqdimata hazırlaşan yeni planşetin hansı ad altında satılacağı hələ bilinmir. Lakin təqdimatın yaxın müddətdə baş tutacağı gözlənilir.
         Bəzi məlumatlara əsasən Red Magic-in yeni gaming planşeti Red Magic Gaming Tablet-in ekranından daha kiçiyinə sahib olacaq. Qeyd etmək lazımdır ki, Red Magic Gaming Laptop özündə 12.1 düym ölçülü ekranı birləşdirir. Planşetin yastı gövdə dizaynını və aktiv soyutma sistemini əldə edəcəyi gözlənilir. Digital Chat Station bildirib ki, yeni gaming planşet dəqiq şəkildə Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı yeni planşetin böyük həcmli batareya ilə təchiz olunacağı da istisna deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Təqdimata hazırlaşan Red Magic 9S Pro gaming smartfonunun dizaynı sərgilənib
    teqdimata-hazirlasan-red-magic-9s-pro-gaming-smartfonunun-dizayni-sergilenib
    Təqdimata hazırlaşan Red Magic 9S Pro smartfonu AnTuTu-da yeni rekorda imza atıb
    teqdimata-hazirlasan-red-magic-9s-pro-smartfonu-antutu-da-yeni-rekorda-imza-atib
    Red Magic-in ilk gaming noutbukunun xarici görünüşü sərgilənib
    red-magic-in-ilk-gaming-noutbukunun-xarici-gorunusu-sergilenib