main-post-cover

    Red Magic Realm 32 QD-OLED gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    03.07.2024
    Emil Nəcəfov
        Nubia şirkəti Red Magic 9S Pro, Magic 9S Pro+ smartfonları və Red Magic Gaming Notebook 16 Pro noutbuku ilə yetinməyərək əlavə olaraq gaming monitorunu da təqdim edib. Şirkətin gaming monitoru Red Magic Realm 32 QD-OLED adlanır. Beləliklə bu gaming monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 32 düym ölçülü Samsung QD-OLED ekranla təchiz olunub. Ekran bir qədər əyilmiş dizaynda hazırlanıb və onun maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir.
         Ekran üstəlik 10 bit-lik rəngləri dəstəkləyir. Onun istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyədir. Ekran DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir və NVIDIA G-SYNC ilə AMD FreeSync texnologiyalarını dəstəkləyir. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4 USB-C girişlərini birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 65 vatt çıxış gücünə sahibdir. Red Magic Realm 32 QD-OLED-in satışlarına Çində 9 iyul tarixində start veriləcək və onun qiyməti 1031$ təşkil edəcək. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Red Magic Gaming Notebook 16 Pro gaming noutbuku təqdim edilib - QİYMƏTİ
    red-magic-gaming-notebook-16-pro-gaming-noutbuku-teqdim-edilib-qiymeti
    Red Magic 9S Pro və Red Magic 9S Pro+ smartfonları təqdim edilib - QİYMƏTİ
    red-magic-9s-pro-ve-red-magic-9s-pro-smartfonlari-teqdim-edilib-qiymeti
    Nubia Red Magic 9 Pro smartfonunun qlobal versiyasının satış qiymətləri açıqlanıb
    nubia-red-magic-9-pro-smartfonunun-qlobal-versiyasinin-satis-qiymetleri-aciqlanib
    Nubia brendi öz ilk qatlana bilən qapaqlı smartfonu üzərində çalışır
    nubia-brendi-oz-ilk-qatlana-bilen-qapaqli-smartfonu-uzerinde-calisir
    Nubia Z60 Ultra flaqman smartfonu təqdim edilib - QİYMƏTİ
    nubia-z60-ultra-flaqman-smartfonu-teqdim-edilib-qiymeti