Redmi 210 vatt gücündə yüksək sürətli şarj texnologiyasına sahib yeni flaqman smartfonu təqdim edəcək

Redmi 210 vatt gücündə yüksək sürətli şarj texnologiyasına sahib yeni flaqman smartfonu təqdim edəcək

Mobil Cihazlar
04.05.2023 PAYLAŞIM

    İnsayderlərin vermiş olduqları məlumata əsasən Xiaomi-nin Redmi brendi bu il yeni nəsil yüksək sürətli şarj texnologiyasını dəstəkləyəcək flaqman smartfonunu təqdim edəcək. Söhbət, 210 vatt gücündə olan yüksək sürətli şarj texnologiyasından gedir. Gözləntilərə əsasən sözügedən yüksək sürətli şarj texnologiyası smartfon bazarında əsl inqilab yaradacaq. Belə ki, bu texnologiya smartfonu bir neçə dəqiqə ərzində 100% enerji ilə təmin etməyə imkan verəcək.

    Qeyd etmək lazımdır ki, Redmi brendinin 210 vatt gücündə yüksək sürətli şarj texnologiyasının dəstəyinə sahib ilk smartfonu Redmi Note 12 Explorer Edition modeli olmuşdu. Bu cür texnologiya vasitəsilə sözügedən smartfon 100% enerjini 9 dəqiqə ərzində yığa bilir. Redmi-nin hansı növbəti smartfonunun bu texnologiyanı əldə edəcəyi məlum deyil. Lakin güman etmək olar ki, Söhbət, Redmi K60 Ultra-dan gedir. Son məlumat sızıntılarına əsasən Redmi bu smartfon üzərində aktiv şəkildə çalışır və onun bu ilin ikinci yarısında təqdim edilməsi gözlənilir.




DAHA ÇOX


AnTuTu istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonla..

AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reyt..


Xiaomi 13 Ultra-nın qlobal versiyasının satış tarixi ilə qiyməti məlum olub..

Xiaomi şirkəti aprel ayında Xiaomi 13 Ultra flaqman smartfonunu Çin bazarında təqdim etmişdi.


Xiaomi qatlana bilən qapaqlı smartfon üzərində çalışır

Çindən olan şirkətlər artıq müəyyən müddətdir ki, özlərinin qatlana bilən smartfonlarını istehsal ed..


Büdcəli Redmi 12 smartfonunun bəzi texniki özəllikləri təsdiqlənib

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi Avropa bazarında Red..


Samsung Galaxy F54 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Samsung şirkəti daha öncədən də söz verdiyi kimi bugün Hindistanda Galaxy F54 5G smartfonunu təqdim ..


Orta büdcəli OnePlus Nord N30 5G təqdim edilib - QİYMƏTİ

OnePlus şirkəti Nord seriyasının yeni modelini təqdim edib. Söhbət, OnePlus Nord N30 5G-dən gedir...

×