Logo
    Redmi brendi ən güclü noutbukunu anons edib

    Redmi brendi ən güclü noutbukunu anons edib

    Cihazlar+
    23.02.2024
         Xiaomi-nin Redmi brendi dünən gecə Xiaomi 14 Ultra-nın təqdimatı çərçivəsində öz yeni noutbukunu anons edib. Söhbət, Redmi G Pro 2024-dən gedir. Məlumatda qeyd edilib ki, sözügedən noutbuk Redmi-nin təqribi olaraq 1400$ dəyərində ən güclü noutbuku olacaq. Təqdim edilmiş tizer posterdə Redmi G Pro 2024-ün dizaynını görmək olar. Noutbuk barəsində digər bir məlumat verilməyib. Çox güman ki, şirkət bu yeni noutbuku barəsində ətraflı məlumatı gələn həftə təqdim edəcək. Son məlumat sızıntılarına əsasən Redmi G Pro 2024-ün Intel Core 9-14900HX prosessoru vasitəsilə çalışacağı və özündə NVIDIA GeForce RTX 4070 videokartını birləşdirəcəyi gözlənilir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...