
Redmi brendi Redmi Turbo 4 və Turbo 4 Pro smartfonları üzərində çalışır
Cihazlar+
24.10.2024
Emil
Xiaomi-nin Redmi brendi aprel ayında Redmi Turbo 3 smartfonunu təqdim etmişdi. İndi isə ortaya çıxmış məlumata əsasən Redmi brendi həm Redmi Turbo 4 həm də Redmi Turbo 4 Pro üzərində çalışır. Digital Chat Station ləqəbli məşhur insayder bildirib ki, hazırlanan bu smartfonlar performanslı prosessorlarla təchiz oluna bilərlər.
İnsayderin sözlərinə əsasən Redmi Turbo 4 modeli MediaTek Dimensity 8400 prosessoru vasitəsilə, Redmi Turbo 4 Pro modeli isə böyük ehtimal ilə Snapdragon 8s Gen 4 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı məlumatda qeyd edilib ki, hər iki smartfon 1.5K keyfiyyətli ekranı əldə edəcək və 6000 mAh-dan daha böyük həcmli batareyaya sahib olacaq. Böyük ehtimal ilə Redmi Turbo 4 modelləri Çində təqdim olunacaqlar və qlobal bazarda POCO brendi altında satışa çıxacaqlar.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
