main-post-cover

    Redmi Buds 6 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    26.09.2024
    Emil Nəcəfov
         Redmi brendi Redmi Note 14 smartfon seriyası ilə yanaşı öz yeni naqilsiz qulaqlığını da təqdim edib. Söhbət, Redmi Buds 6-dan gedir. Təqdim edilmiş bu yeni naqilsiz qulaqlıq vakuum konstruksiyaya sahibdir və qulaqlıqlardan hər biri 12.4 mm-lik audio drayver ilə təchiz olunub. Redmi Buds 6 ətraf səs-küyün aktiv boğulması funksiyasını dəstəkləyir. Bu funksiya sayəsində qulaqlıqlar ətraf səs-küyü 49 dB-ə (desibel) kimi boğa bilirlər. Üstəlik qulaqlıqlar 360 dərəcəlik həcmli səslənmə özəlliyini və 3 səviyyəli şəffaf rejimi dəstəkləyirlər. Redmi-nin sözlərinə əsasən qulaqlıqlar bir dəfə şarj olunandan sonra 10 saat çalışa bilirlər. Şarj keysi sayəsində isə bu göstərici 40 saat təşkil edir. Onlar 10 dəqiqə ərzində şarj olunma nəticəsində 4 saat çalışırlar. Redmi Buds 6 artıq Çində satışa çıxıb və onun qiyməti 28$ təşkil edir. Bu yeni naqilsiz qulaqlığın digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Redmi Note 14, Note 14 Pro və Note 14 Pro+ smartfonları təqdim edilib - QİYMƏTİ
    redmi-note-14-note-14-pro-ve-note-14-pro-smartfonlari-teqdim-edilib-qiymeti
    Büdcəli Redmi Watch 5 Lite smart saatı təqdim edilib - QİYMƏTİ
    budceli-redmi-watch-5-lite-smart-saati-teqdim-edilib-qiymeti
    Təqdimata hazırlaşan Xiaomi 14T Pro hansı gücdə sürətli naqilli və naqilsiz şarj texnologiyalarını dəstəkləyəcək?
    teqdimata-hazirlasan-xiaomi-14t-pro-hansi-gucde-suretli-naqilli-ve-naqilsiz-sarj-texnologiyalarini-destekleyecek
    Təqdimata sayılı günlər qalmış Redmi Note 14 Pro+ smartfonu barəsində rəsmi məlumatlar verilib
    teqdimata-sayili-gunler-qalmis-redmi-note-14-pro-smartfonu-baresinde-resmi-melumatlar-verilib
    Təqdimata sayılı günlər qalmış Redmi Note 14 Pro-nun texniki imkanları açıqlanıb
    teqdimata-sayili-gunler-qalmis-redmi-note-14-pro-nun-texniki-imkanlari-aciqlanib