Logo
    main-post-cover

    Redmi G Pro 2024 gaming noutbukunun soyutma sistemi barəsində məlumatlar verilib

    Cihazlar+
    28.02.2024
    Emil
         Xiaomi 14 Ultra smartfonunun Çində baş vermiş təqdimatı zamanı Redmi brendi özünün Redmi G Pro 2024 adlı gaming noutbukunu anons etmişdi. İndi isə şirkət sözügedən noutbuk barəsində yeni məlumatları təqdim edib. Şirkətin təqdim etmiş olduğu məlumatlar Redmi G Pro 2024 noutbukunun soyutma sistemini əhatə edirlər. Beləliklə verilmiş məlumatlara əsasən Redmi G Pro 2024 noutbuku üçölçülü buxarlanma kamerasını əldə edəcək və onun effektivliyi ənənəvi istilik boruları ilə müqayisədə 2.5 dəfə daha yüksək olacaq. Bununla belə Redmi G Pro 2024 həmçinin istilik borularını da əldə edəcək. Lakin noutbukun istilik boruları özlərində istilik keçiriciliyi üçün nəzərdə tutulmuş yeni mayeni birləşdirəcəklər və həmin mayenin effektivliyi digər analoqlar ilə müqayisədə 2.35 dəfə daha yüksək olacaq. Qeyd etmək lazımdır ki, Redmi G Pro 2024-ün təqdimatı 4 mart tarixində baş tutacaq.
    Paylaş