Redmi K60 Extreme Edition-un bəzi texniki özəllikləri məlum olub

Redmi K60 Extreme Edition-un bəzi texniki özəllikləri məlum olub

Mobil Cihazlar
16.05.2023 PAYLAŞIM

    Xiaomi 14 smartfon seriyasının təqdimatından öncə Redmi brendi ilin sonuna kimi iki ədəd flaqman smartfon təqdim etməyi planlaşdırır. Onlardan biri Redmi K60 Ultra, digəri isə Redmi K60 Extreme Edition olmalıdır. Digital Chat Station ləqəbli məşhur insayder Redmi K60 Extreme Edition barəsində yeni məlumatlar verib. İnsayderin sözlərinə əsasən sözügedən smartfon 144 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli ekran ilə təchiz olunacaq.

    Ekranın ətrafındakı çərçivələr isə maksimal dərəcədə nazik olacaqlar. Bununla yanaşı Redmi K60 Extreme Edition smartfonu özündə 100 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Qeyd etmək lazımdır ki, qlobal bazarda Redmi K60 Extreme Edition smartfonu böyük ehtimal ilə Xiaomi 13T adı ilə satışa çıxacaq. Redmi K60 Extreme Edition modelinin ya avqust ya da sentyabr ayında təqdim ediləcəyi gözlənilir.




DAHA ÇOX


AnTuTu may ayının qiymət-keyfiyyət nisbəti üzrə ən yaxşı Android smartfonlarının..

AnTuTu bençmarkı may ayının qiymət-keyfiyyət nisbəti üzrə ən yaxşı Android smartfonların reytinqləri..


AnTuTu may ayının ən güclü subflaqman smartfonlarının reytinqini təqdim edib..

AnTuTu bençmarkı may ayının ən güclü subflaqman Android smartfonlarının reytinqini təqdim edib...


AnTuTu may ayının ən güclü flaqman Android smartfonlarının reytinqini təqdim edi..

AnTuTu bençmarkı may ayının ən güclü flaqman Android smartfonlarının reytiniqi təqdim edib...


Samsung Galaxy S23 Ultra-nın Exynos 2300 prosessoruna sahib versiyası satışa çıx..

Bir neçə gün bundan öncə Geekbench-in məlumatlar bazasında Samsung-un SM-S919O model nömrəsinə sahib..


Redmi 12-nin render fotosu və bəzi texniki özəllikləri təqidm edilib

Xiaomi-nin Redmi brendi Avropa bazarında Redmi 12 adlı yeni büdcəli smartfonunu təqdim etməyə hazırl..


Nokia C300 smartfonu təqdim edilib - QİYMƏTİ

HMD Global şirkəti Nokia C110 ilə yanaşı Nokia C300 smartfonunu da təqdim edib.

×