main-post-cover

    Redmi K70E-in qlobal versiyası artıq sertifikatlaşdırmadan keçib

    Cihazlar+
    01.12.2023
    Emil Nəcəfov
         Redmi brendi 29 noyabr tarixində Redmi K70 smartfon seriyasını təqdim etdi. Sözügedən seriyaya daxil olan modellərdən biri də Redmi K70E oldu. İndi isə məlum olub ki, sözügedən model qlobal bazarda satışa çıxacaq və POCO brendi altında satılacaq. Məlumatda qeyd edilib ki, Redmi K70E-nin qlobal bazarda adı POCO X6 Pro 5G olacaq. Qlobal versiya artıq Taylandın NBTC adlı tənzimləyici orqanında sertifikatlaşdırmadan keçib. Sertifikatlaşdırma orqanının məlumatlar bazasında POCO X6 Pro 5G-nin texniki göstəriciləri barəsində məlumat qeyd edilməsə də, çətin ki, onun texniki özəllikləri Redmi K70E-nin texniki özəlliklərindən fərqlənsin. POCO X6 Pro 5G-nin nə zaman təqdim olunacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    POCO X6 smartfonu Geekbench testlərindən keçib
    poco-x6-smartfonu-geekbench-testlerinden-kecib
    Xiaomi 4 smartfonunun dəstəyini dayandırıb
    xiaomi-4-smartfonunun-desteyini-dayandirib
    Redmi Note 13R Pro-nun qlobal bazarda hansı ad ilə satılacağı açıqlanıb
    redmi-note-13r-pro-nun-qlobal-bazarda-hansi-ad-ile-satilacagi-aciqlanib
    POCO M6 Pro 4G smartfonu təqdimata hazırlaşır
    poco-m6-pro-4g-smartfonu-teqdimata-hazirlasir
    Büdcəli POCO C65 smartfonu təqdim edilib
    budceli-poco-c65-smartfonu-teqdim-edilib