main-post-cover

    Redmi Note 11T Pro-nun kopyası olan Redmi K50i smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    21.07.2022
    Farid Pardashunas
        Xiaomi-nin Redmi brendi özünün Redmi K50 smartfon seriyasını yeni model ilə genişləndirib. Belə ki, brend Redmi K50i smartfon modelini təqdim edib. Təqdim edilmiş Redmi K50i modeli öz qiymət seqmenti üçün aktual olan prosessoru, yüksək sürətli şarj texnologiyasının dəstəyini və təkmilləşdirilmiş kameraları əldə edib. Sözügedən smartfon həm xarici görünüşcə həm də texniki özəlliklər baxımından Redmi Note 11T Pro-nun kopyasıdır. Beləliklə Redmi K50i modeli 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.6 düym IPS ekran ilə təchiz olunub.
        Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Bununla yanaşı Redmi K50i özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri, naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi və kontaktsız ödənişlər üçün NFC çipi birləşdirir. Smartfonun gövdəsi həmçinin IP53 standartı üzrə sudan qorunur.
        Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli MediaTek Dimensity 8100 prosessoru, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 64 MP (f/1.9 diafraqma) + 8 MP (f/2.4 diafraqma, 120 dərəcə bucaq əhatəsi) + 2 MP üçlü arxa kamera, 16 MP-lik (f/2.4 diafraqma) ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5080 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun arxa kameraları 4K keyfiyyətində, ön kamerası isə 1080p keyfiyyətində videolar çəkə bilirlər. Redmi K50i modeli 23 iyul tarixində Hindistanda satışa çıxacaq. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir. Smartfonun Hindistan bazarındakı satış qiymətləri isə aşağıdakı kimi olacaq:
    - 6 GB RAM + 128 GB yaddaş - 325$
    - 8 GB RAM + 256 GB yaddaş - 362$.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər